Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKTAzərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin diqqət mərkəzindən düşmək bilmir. Son illər bu sahədə çalışan bəzi şəxslərin tibbi səlahiyyətlərinin olmaması, lisenziyasız fəaliyyət göstərməsi və nəticədə insan sağlamlığını təhlükə altına atması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu hallarla bağlı rəsmi qurumlar dəfələrlə açıqlama versələr də, yeni hadisələr ard-arda baş verir və ictimai qınaq daha da güclənir.

Son günlər medianın və sosial şəbəkələrin gündəmində "Gül Əliyeva" adı ilə tanınan Gülsüm Əliyeva var. O, rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. İddialara görə, Gülsüm Əliyevanın rəhbərlik etdiyi "VMR Estetik Klinika"da liposaksiya əməliyyatı olunan Gülbəniz Bayramova adlı qadın həyatını itirib. Bundan əlavə, paytaxt sakini Zarina Minkovskaya klinikada ayağına yeridilən maddədən sonra bədənində uzun müddət irin axını və çürümə ilə qarşılaşdığını bildirir. O, bu prosedurun illər öncə Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyini deyir.

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKTSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən rəsmi açıqlamaya əsasən, Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları 2024-cü ildə "VMR Estetik Klinika"da plandankənar yoxlama aparıb və nəticədə müəssisənin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilib. Bu səbəblə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, klinikaya qarşı protokol tərtib olunub və məsələ müvafiq instansiyalara yönləndirilib.

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKTGülsüm Əliyeva ilə bağlı qalmaqallar bir başqa tanınmış və mübahisəli estetik prosedur icraçısı - Rəna Soltanovanı da yenidən diqqətə gətirib. Sosial mediada paylaşılan foto və məlumatlara əsasən, Gülsüm Əliyeva və Rəna Soltanova arasında yaxın münasibətlər olub. Rəna Soltanova sözügedən klinikada istifadə olunan və çoxsaylı sağlamlıq problemlərinə yol açdığı iddia edilən Auqafilling adlı preparatın təbliğatını aparan və təlimlərini keçirən əsas fiqurlardan biri olub.

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKTMəlumatlara görə, Auqafilling adlı bu maddənin istifadəsi nəticəsində xəstələrdə bədənin müxtəlif nahiyələrində çürümə, irinləmə və deformasiya halları müşahidə olunub. Rəna Soltanova isə bu preparatı sosial şəbəkələrdə dəfələrlə tərifləyib, hətta "bu məhsula hər gün bir az daha aşiq olduğunu" qeyd edib. Lakin son hadisələr göstərir ki, onun "aşiqliklə" təbliğ etdiyi bu məhsul əslində bir sıra insan faciələrinə yol açıb. Bütün bunlar Rəna Soltanovanın bəyəndiyi preparatın əvəzolunmaz "bəhrəsidir".

Bundan əlavə, sosial şəbəkələrdə bir qadın açıq şəkildə bildirib ki, Rəna Soltanova tərəfindən ona da Auqafilling maddəsi vurulub və hazırda ayağında çürümə və çirk axını müşahidə olunur. Qadın həmçinin vurğulayıb ki, bu vəziyyətə baxmayaraq, Rəna Soltanova məsuliyyətdən yayınmağa çalışır və iddiaların ona qarşı "böhtan" olduğunu söyləyir.

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKTBu arada, qeyd edək ki, Rəna Soltanova mediada və sosial şəbəkədə haqqında ən çox şikayət olunan estetik kosmetoloqdur. Onunun pasiyentlərinin müxtəlif bədən üzvlərinin çürüməsi, çirk gəlməsi ilə bağlı onlarla fakt var.

Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1049   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək

12.10.2026 300
.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 180
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

12.10.2026 192
.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12.10.2026 276
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12.10.2026 149
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

12.10.2026 238
.