Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubTəmizlik vasitələri necə istehsal olunur?

Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib.

Görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.

2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb.

Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.

Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan istifadə olunur.

Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən keçir.

Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.

Eyni zamanda təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir.

Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir.

Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir.

Bu cür məhsullar həm ev təsərrüfatlarında təhlükəsiz istifadə imkanı yaradır, həm də ekosistemin qorunmasına töhfə verir.

Heyvanlar üzərində test olunmayan bu cür məhsullar həm canlıların, həm də ölkəmizin rifahını nəzərə alan məsuliyyətli istehlak nümunəsidir.

Təmizlik vasitələri fabrikində Crystalex, Wipelex, Pure Sense, OxyWhite və Praxi, Biodax kimi geniş çeşiddə məhsullar istehsal olunur.

Bu məhsullar arasında qab yuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər, ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri kimi gündəlik həyatımızda istifadə olunan müxtəlif təmizlik vasitələri mövcuddur.

Hər bir məhsulun formulları, istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanıb və alıcılar tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, məhsullar keyfiyyəti, effektivliyi və sərfəli qiymətləri ilə alıcıların diqqətini çəkib və onların etimadını qazanıb.
Görüşdə Təmizlik Vasitələri Fabrikinin sektordakı gələcək hədəfləri və planları barədə jurnalistlərə məlumat verilib. Fabrik rəhbərliyi, gələcəkdə daha çox məhsul çeşidi istehsal etməyi və müştəri tələblərinə uyğun olaraq istehsal gücünü daha da artırmağı planlaşdırdıqlarını bildirib.

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunubAzərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək

12.10.2026 300
.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 180
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

12.10.2026 192
.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12.10.2026 276
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12.10.2026 149
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

12.10.2026 238
.