Ekspert açıqladı: "Azərbaycan Xəzər dənizinin turizm potensialından kifayət qədər istifadə etmir"

Ekspert açıqladı: "Azərbaycan Xəzər dənizinin turizm potensialından kifayət qədər istifadə etmir"Türkiyədə kruiz (gəmi turu) tipli turların kifayət qədər populyar olduğu məlumdur. Gün ərzində bir neçə dəfə Yunan adalarına və yaxın bölgələrə səyahətə çıxan gəmilər öz komfortu, yüksək servisi, personalının nəzakətli davranışı və yüksək zövqlə təşkil etdikləri şou proqramla turistlərə yaddan çıxmayan anlar bəxş edirlər.

Gəmi turizminə maraq göstərən turistlərin sayının durmadan artdığı və səyahətçilərin bundan böyük zövq aldığı aydın məsələdir. Hər şey daxil olan bu növ tətil əyləncəni, mədəni istirahəti, dincəlməyi və bir çox şəhər və ya ölkəni tanımaq fürsətini birləşdirir. Mavi dənizi və parlaq günəşi yoldaş seçməklə turistlər dünya sahillərini, körfəzləri, adaları, limanları gəzir, gözəllikdən zövq alır, ölkələr və şəhərlər haqqında məlumat əldə edirlər.

Turizmin inkişaf etdiyi Azərbaycanda da gəmi səyahəti paketlərinin formalaşdırılacağı gözlənilir. Sovet dövründə kruiz səyahətləri həyata keçirilsə də, hazırda bu kimi tətil paketlərinə rast gəlmirik.

Ekspert açıqladı: "Azərbaycan Xəzər dənizinin turizm potensialından kifayət qədər istifadə etmir"Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, kruiz turları demək olar ki, hər zaman insanların marağında olub və özünəməxsus populyarlığı var. Lakin kruiz turları turizm məhsulu kimi özünəməxsus yer tutur:

"Azərbaycanın okeanlara çıxışı olmadığı üçün bir neçə ölkəni ziyarət edəcək kruiz turlar burada aktual deyil. Amma Xəzər dənizinin potensialından istifadə edərək gəmi turları və başqa turizm məhsulları formalaşdırmaq olar. Bu məsələlər hazırda ölkəmizin gələcək turizm strategiyalarında, eyni zamanda Bakının 2040-cı ilə qədər olan inkişaf planında nəzərdə tutulub. Belə planlar çərçivəsində Xəzər dənizindəki adalara gəzintilər və onların turizm potensialının artırılması istiqamətində işlər görüləcək. Bu cür planların həyata keçirilib-keçirilməyəcəyini isə zaman göstərəcək.

Ekspert açıqladı: "Azərbaycan Xəzər dənizinin turizm potensialından kifayət qədər istifadə etmir"Hazırda Azərbaycan Xəzər dənizindəki adalardan və ümumiyyətlə Xəzər dənizinin turizm potensialından kifayət qədər istifadə etmir. Ümid edirəm ki, gələcəkdə bu cür turlar olacaq. İnsanlarımız və xarici qonaqlarımız Xəzər dənizinin turizm imkanlarından yararlanacaqlar. Bu da, təbii ki, əhali üçün əlavə iş yerləri və gəlir mənbəyi yaradacaq. Turistlərin vaxtlarını burada səmərəli keçirməsi üçün də müvafiq şərait formalaşdırılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək

12.10.2026 300
.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 180
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

12.10.2026 192
.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12.10.2026 276
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12.10.2026 149
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

12.10.2026 238
.