Elektron jurnalların tətbiqi qiymətləndirmə prosesinə necə təsir edəcək?

Elektron jurnalların tətbiqi qiymətləndirmə prosesinə necə təsir edəcək?"İlk növbədə qeyd edim ki, Məktəblərdə kağız jurnalların ləğv edilərək yalnız elektron jurnalların tətbiqi son illər təhsil sistemində texnologiyaya inteqrasiyanın əsas addımlarından biri hesab olunur. Elektron jurnal sisteminin əsas məqsədi təhsildə şəffaflığı artırmaq, bürokratiyanı azaltmaq, valideyn-məktəb əlaqələrini asanlaşdırmaq və məlumatların operativ idarə olunmasını təmin etməkdir. Lakin bu keçid birmənalı olaraq yalnız müsbət nəticələr vermir və müəyyən riskləri də özü ilə gətirir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, bir tərəfdən, elektron jurnalların tətbiqi qiymətləndirmə prosesinin daha şəffaf və izləniləbilən olmasına, hər bir dəyişikliyin elektron sistemdə qeydiyyatının saxlanmasına imkan verir. Bu, saxtakarlıq hallarının qarşısının alınmasında mühüm addım kimi qiymətləndirilir. Qanunvericiliyə görə, elektron sənəd dövriyyəsinin aparılması və onun hüquqi qüvvəsi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bütün dəyişikliklərin "audit izi" elektron arxivdə qalır. Həmçinin, məktəb rəhbərliyi, Təhsil Nazirliyi və hətta valideynlər də elektron jurnal üzərindən real vaxt rejimində qiymət və davamiyyətə nəzarət edə bilir:

Elektron jurnalların tətbiqi qiymətləndirmə prosesinə necə təsir edəcək?"Digər tərəfdən, kağız jurnalın ləğvi məktəblərdə və rayonlarda İKT infrastrukturunun və texniki hazırlığın müxtəlifliyi fonunda bəzi problemlər yarada bilər. Elektron sistemin təkmilləşdirilməməsi, inzibati nəzarətin zəifləməsi və müəllimlərin texnologiya ilə bağlı bacarıqlarının yetərsizliyi müəyyən hallarda elektron jurnallar üzərində dəyişikliklərin daha asan həyata keçirilməsinə və bunun nəticəsində saxtakarlıq hallarının başqa formada davam etməsinə şərait yarada bilər. Təcrübə göstərir ki, bəzi müəllim və ya rəhbər şəxslər elektron bazada istifadəçi səlahiyyətlərindən sui-istifadə edərək qiymətləri dəyişə və ya davamiyyət məlumatlarını saxta şəkildə düzəldə bilirlər. Statistikaya nəzər salsaq, 2022-ci ildə Təhsil Nazirliyinin elektron jurnalların tətbiq olunduğu 426 məktəbdə apardığı monitorinq zamanı qiymətləndirmə ilə bağlı 4% hallarda ciddi pozuntu faktları aşkarlanıb ki, bu da hər iki sistemdə insan amilindən qaynaqlanan problemlərin hələ də qalmasını göstərir.

Dünya təcrübəsində, xüsusilə Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə elektron jurnalların tam tətbiqi təhsildə şəffaflığın artmasına və inzibati resurslardan səmərəli istifadəyə səbəb olub. Lakin bu ölkələrdə elektron platformaların təhlükəsizliyi, "audit izi"nin yoxlanması, məlumatların qorunması və dəyişikliklərə qarşı avtomatlaşdırılmış nəzarət mexanizmləri öncədən qurulub. Bundan əlavə, sistemdə edilən bütün dəyişikliklər üçün izahat və əsaslandırma tələbi var və təsdiqləmə səlahiyyəti mərhələli şəkildə bölüşdürülür.

Azərbaycanda isə sistemin effektiv işləməsi üçün elektron jurnal platformasının mütəmadi təkmilləşdirilməsi, müəllim və direktorların texnoloji biliklərinin artırılması, regionlarda internet infrastrukturunun gücləndirilməsi və monitorinq mexanizmlərinin sərtləşdirilməsi vacibdir. Bu addımlar atılmadığı təqdirdə, elektron jurnalın kağız jurnalla müqayisədə saxtakarlığın qarşısını avtomatik alacağını düşünmək doğru deyil. Yəni, saxtakarlıq kağızdan rəqəmsal platformaya daşına bilər və yalnız texnologiyanın deyil, həm də insan amilinin nəzarətdə saxlanılması həlledici olacaq.

Nəticə olaraq, elektron jurnalların tətbiqi təhsildə şəffaflıq və operativlik baxımından böyük addımdır, amma effektiv nəzarət və texniki imkanlar gücləndirilməzsə, bəzi hallarda saxtakarlıq risklərinin yeni formaya keçməsi ehtimalı qalır. Həm texnologiyanın, həm də idarəetmə və etik nəzarətin eyni vaxtda gücləndirilməsi mütləq şərtdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1048   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək

12.10.2026 300
.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 180
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

12.10.2026 192
.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12.10.2026 276
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə

Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda

12.10.2026 149
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

12.10.2026 238
.