ADNA terrorundan 16 il keçir
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) baş vermiş dəhşətli terror aktından 16 il keçir.
BiG.AZ xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov universitetin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci tədris binasına silahla daxil olaraq ard-arda atəş açıb. O, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açaraq, 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Qədirov daha sonra intihar edib.
Hadisə ölkədə və cəmiyyətdə böyük sarsıntıya səbəb olub, bu gün də həmin günün ağrısı və xatirəsi unudulmur.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.
Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.
Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.
Terror zamanı həyatını itirən şəxslərin siyahısı:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 703 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHörmüz boğazında tanker naməlum mərmi ilə vurulub, UKMTO məlumat verir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) cümə günü verdiyi məlumata görə, Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə naməlum mərmi ilə tankerin vurulması nəticəsində kiçik struktur ziyana səbəb olub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, bütün heyət təhlükəsizdi
17.07.2026 230 Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı
Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 151 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqq
17.07.2026 211 Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı
151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani
17.07.2026 203 Almaniya və Fransa nüvə çəkindirməsi üzrə ilk birgə hava təliminə başlayıb
Almaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşma çərçivəsində ilk dəfə birgə hərbi hava təlimi keçiriblər. Məlumata görə, təlimlər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Nörvenix aviabazasında təşkil olunub. BİG.AZ DW-yə istinadə
17.07.2026 212 Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır
Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli
17.07.2026 209 Telefonunuz düşündüyünüzdən daha çirkli ola bilər (ARAŞDIRMA)
Mobil telefonlar gün ərzində müxtəlif səthlərlə təmasda olur. Bir çox insan isə onları tualetə də özü ilə aparır. Beş telefon üzərində aparılan kiçik təcrübə nəticəsində məlum olub ki, tualetdən sonra bəzi cihazlarda bakteriyaların sayı iki dəfə, bir telefonda isə 65 dəfə artıb. Qaynarinfo xəbər veri
17.07.2026 128 Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir
"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar
17.07.2026 211 Tramp televiziya kanallarını hədəf aldı: "Lisenziyaları ləğv edilməlidir"
ABŞ Prezidenti Donald Tramp televiziya ilə etdiyi müraciətin bəzi yayım şəbəkələri tərəfindən canlı yayımlanmamasına sərt reaksiya verib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Tramp bildirib ki, telekanallar çıxışının məzmunundan əvvəlcədən xəbərdar olsalar da, onu efirə verməməyi seçiblər. Onu
17.07.2026 213 Tarixdən əvvəlki mağaraların səssiz dili: 32 simvolun sirri
Mağara rəsmləri deyildikdə adətən heyvan təsvirləri yada düşür. Lakin Avropanın müxtəlif mağaralarında minilliklər boyu təkrarlanan 32 fərqli həndəsi simvol da mövcuddur. Qaynarinfo xəbər verir ki, paleoantropoloq Jenevyev fon Petzingerin fikrincə, bu işarələr bəşər tarixində məlum olan ən qədim yazıl
17.07.2026 142