Lalə Mirzəyeva pasiyenti bu hala saldı-Fotofakt
Bakıda estetik əməliyyat etdirmək istəyən qadın ağır xəstəliyə düçar olub.
XALQ.AZ xəbər verir ki,bu barədə Bakı sakini Kamilə Zeynalova redaksiyamıza müraciət edib. Kamilə Zeynalova saytımıza bildirib ki, 2023-cü ilin oktyabrın 18-də Tik-Tok sosial şəbəkəsi üzərindən özünü cərrah- estetik kosmetoloq kimi təqdim edən Lalə Mirzəyeva ilə tanış oldum.
"Onun çalışdığı "Medihol" estetik klinikasına üz tutdum. Burada özünü həkim kimi təqdim edən Lalə Mirzəyeva məndən 1800 manata ödəniş etməyimin vacib olduğunu bildirdi. Bu ödənişi etdikdən sonra Lalə Mirzəyeva mənim gözəlləşməm üçün qaşlarımın qaldırılması üçün əməliyyat keçirtdi. Lalə Mirzəyeva məni aldadaraq həmdə üzgərmə əməliyyatı həyata keçirtdi. Bu əməliyyatdan sonra ağır xəstəliyə düçar oldum. Çünki əməliyyatın 5-günü üzümdə şişkinliyi başladı. Yenidən həmin klinikaya müraciət etdim və məlum oldu ki, özünü estetik cərrah kimi təqdim edən Lalə Mirzəyeva məni əməliyyat edərkən tüpürcək vəzinin üçlü sinirini kəsib. Məhz bu səbədən mən ağır vəziyyətə düşmüşəm. Vəziyyətim ağır olduğu üçün başqa həkimə müraciət etdim və qismən sağlamlığıma qovuşdum. Amma Lalə Mirzəyevanın apardığı əməliyyatdan sonra məndə yenə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil. Dəfələrlə Lalə Mirzəyeva və onun çalışdığı klinika ilə əlaqə saxlamağa çalışsam da onlara günahı öz üzərlərində atdılar. Mənim kimi onlarla xəstə Lalə Mirzəyevanın qurbanına çevrilib. Bu gün Lalə Mirzəyeva yenə qanunsuz olaraq əməliyyatlar həyata keçirir. Bu günə qədər, nə Səhiyyə Nazirliyi, nə də TƏBİB bu xanımın qanunsuz fəaliyyətinin qarşısını almır. Mən zərərçəkən kimi Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət etmişəm."
Qeyd edək ki, xəstələrinin axtardığı Lalə Mirəzyeva indi də gözdən, könüldən uzaq bir məkanda binanın zirzəmisində özünə məkan açıb.(veteninfo.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1665 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir
"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar
17.07.2026 211 Almaniya və Fransa nüvə çəkindirməsi üzrə ilk birgə hava təliminə başlayıb
Almaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşma çərçivəsində ilk dəfə birgə hərbi hava təlimi keçiriblər. Məlumata görə, təlimlər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Nörvenix aviabazasında təşkil olunub. BİG.AZ DW-yə istinadə
17.07.2026 212 Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında
17.07.2026 213 Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı - Siyahıda "Qazprom" da var
Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib. "AzPolitika" xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom"
17.07.2026 195 Hökumətyönlü idi, Putinə "oğru" dedi, atdılar "içəri"
Rusiyada hakimiyyətyönlü bloger İlya Remeslo saxlanılıb. Axar.əaz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, onu Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması ilə bağlı açılmış cinayət işi çərçivəsində 10 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, Remeslo Rusiya müxalifətinə
17.07.2026 170 Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK
Azərbaycan və Rusiya arasında müntəzəm təmasların və mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini nəzərə alaraq, Baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub və cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçukun görüşünün keçirilməsi planlaşdırılır. xəbər verir ki, bunu xaric
17.07.2026 177 Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır
Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli
17.07.2026 209 SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ - Mərkəzi Komissiya yaradılacaq
Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. "AzPolitika"
17.07.2026 207 "Bu gün de-fakto sülh mövcuddur..." - Bayramov Moskvada bəyan etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib. "AzPolitika" xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransınd
17.07.2026 160