Uşaqlar niyə imtahanda stress yaşayır?

Uşaqlar niyə imtahanda stress yaşayır?Stress – şəxsin neqativ hadisə olacağı düşüncəsinin yaratdığı narahatlıq halıdır. Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Uzunmüddətli və intensiv stress beyin və digər bioloji sistemlərin strukturuna və inkişafına mənfi təsir göstərir. Bu isə nəticə etibarilə öyrənmə, davranış, fiziki və zehni sağlamlıqla bağlı problemlərə yol aça bilər. Xüsusilə stressin beynin inkişafının həssas dövrlərində yaşanması təhlükəli nəticələrə səbəb ola bilər.

Stress çətin fiziki və ya emosional vəziyyətə qarşı bədənin normal reaksiyasıdır. Bizdə əsəb, həyəcan və ya narahatlıq hissi yaradan istənilən hadisədən qaynaqlana bilər. O, həm də tələblərin öhdəsindən gəlmək üçün mövcud resursların kifayət etmədiyi hallarda ortaya çıxır.

İmtahan stressi isə, imtahandan əvvəl və ya imtahan zamanı bacarıqların səmərəli istifadəsinə mənfi təsir göstərən narahatlıq halıdır. Bu stress forması, ümumi stressə bənzəsə də, yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Belə hallar əsasən qəbul imtahanları, buraxılış imtahanları və summativ qiymətləndirmə kimi vəziyyətlərdə müşahidə olunur. Yəni, bizdə narahatlıq yaradan istənilən qiymətləndirmə prosesi imtahan stressinə səbəb ola bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, uşaqların imtahanlardan zəif nəticə əldə etməsi bəzən qorxu ilə əlaqələndirilir:

Uşaqlar niyə imtahanda stress yaşayır?"Lakin mən düşünürəm ki, imtahanlar şəffaf şəkildə aparılır. Oxuyan və hazırlaşan uşaq yüksək bal toplayır. Kimsə yüksək bal toplayırsa, onun balı az yazılmır. Uşağın stres keçirməsi həm ailə, həm də şagirdin özü ilə bağlıdır. Əgər uşaq psixoloji baxımdan həssasdırsa, təbii ki, stress yaşayacaq. Hər bir uşaq həyəcanlanır, çünki hər bir imtahan məsuliyyət deməkdir. İmtahan zamanı həyəcan yaşamaq tamamilə normaldır. Əslində, heç bir stress və həyəcan keçirməmək bu hallarda anormal sayılır. Müəllimlər uşaqların psixoloji vəziyyətini bilirlər və onlara uyğun yanaşırlar. Uşaqlar müəllimlərinə müraciət edir, stressin idarə olunması və imtahana psixoloji hazırlıq yollarını öyrənirlər."

Psixoloqun fikrincə, ümumiyyətlə imtahan öncəsi dövrdə valideyn–uşaq münasibəti fərqli tənzimlənməlidir. Uşaq məsuliyyət hissini dərk etməlidir:

"Uşaqlar illərlə müəllim yanına hazırlaşmağa gedirlər, ailə bu hazırlıq üçün ödəniş edir. Bu, təkcə uşaq üçün deyil, valideyn üçün də stress yaradır. Bu, tamamilə normal haldır. Bir uşağın bir neçə müəllimə gedib hazırlaşması ailə üçün az xərc deyil. Hazırda Azərbaycanda orta aylıq maaş 400–500 manat civarındadır. Belə olan halda həm ailədə, həm də uşaqda stressin olması başadüşüləndir. Amma bu stressin idarə olunması uşağın məsuliyyət hissindən və hazırlıq səviyyəsindən asılıdır. Bilgisi olan uşaq özünə güvənəcək və bu həyəcanın öhdəsindən gələcək. Bundan əlavə, sınaq imtahanlarının keçirilməsi də uşağın stres və həyəcanı ilə baş etməsi üçün kifayət qədər təsirlidir. Bu proses uşağın suallara və imtahan şəraitinə uyğunlaşmasına kömək edir."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 850   Tarix: 30 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.