Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Şərafət Babayevanın mənzilində baş verib.
Zərərçəkənin bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.
Ş.Babayevanın verdiyi məlumata əsasən, M.Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb, qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.
Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1193 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında
17.07.2026 213 Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir
"Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır". "Qafqazinfo" xəbər verir ki, bunu Baş nazi
17.07.2026 215 Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur
Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə
17.07.2026 247 Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir
"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar
17.07.2026 211 Trampın paylaşımlarına sürətli giriş pullu olur
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi "Truth Social" platforması maliyyə bazarlarında fəaliyyət göstərən şirkətlər üçün ödənişli məlumat xidməti təqdim etməyə hazırlaşır. "Yeni Sabah" xəbər verir ki, yeni xidmət sayəsində bazarlara təsir edə biləcək paylaşımlar institusiona
17.07.2026 163 Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat
17.07.2026 168 Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək
Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola
17.07.2026 230 Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı
151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani
17.07.2026 203 Çində binaları 40 min ağacla örtüləcək "meşə şəhər" salınacaq (FOTO)
Çində müasir şəhərsalma ilə təbii mühitin birləşdirilməsini nəzərdə tutan "Liuçjou meşə şəhəri" adlı böyük layihə hazırlanır. Qaynarinfo xəbər verir ki, "Antena 3 CNN" nəşrinin məlumatına görə, ölkənin cənubundakı Liuçjou şəhərində yaradılacaq yeni rayon havanın çirklənmə səviyyəsin
17.07.2026 120