Elvan Kuzucu Hıdır: "Türkiyənin "T3 Fondu" Azərbaycanda ikinci mərkəzini Qubada açacaq"
Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq.
BiG.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında fondun direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.
"Bizim fondun Azərbaycanla əlaqələrinin uzun tarixi mövcuddur. Bu mənada "TECHNOFEST"i həyata keçirdikdən sonra güclü bir bağ qurmuşuq. Bakıda fəaliyyət göstərən elm mərkəzimiz iki il ərzində minlərlə azərbaycanlı uşağı, bəlkə də yüz mindən çox azərbaycanlı gənci qəbul edib. Bu, bizim üçün çox gözəl göstəricidir", - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda fondun həyata keçirdiyi təcrübə proqramlarından 80-ə yaxın tələbə məzun olub:
"Yəni onlar ikiillik təhsil proqramlarını uğurla bitiriblər və biz yeni tələbələr seçmişik. Onlar artıq təhsillərinə başlayıblar. Beləliklə, bizim Azərbaycanla sıx əlaqəmiz davam edir. Yaxın gələcəkdə, bəlkə də 1-2 həftə ərzində Azərbaycanın Quba şəhərində yeni elm mərkəzi açacağıq. Bununla ölkədə ikinci mərkəzimiz fəaliyyət göstərəcək. Biz bu istiqamətdə işlərə, Azərbaycandakı fəaliyyətimizə böyük dəyər veririk".
E.K.Hıdır vurğulayıb ki, "T3 Fondu" Azərbaycanla "TECHNOFEST" çərçivəsində də çox sıx əməkdaşlıq edir:
"Beləliklə, əslində çox gözəl, yaxşı əlaqəmiz davam edir və bu çərçivədə də Azərbaycanın fərqli qurumlarla ilə görüşlərimizə, ortaq işlərimizə də davam edirik".
Qeyd edək ki, ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.
Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 717 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12.10.2026 280 Ukrayna ordusu Rusiya HHM sistemlərini belə aldadır
Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb. xəbər verir ki, bunu "Zvezda" kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib. "Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlıla
12.10.2026 161 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12.10.2026 276 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 134 Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto
"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy
12.10.2026 167 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
12.10.2026 206 Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço
12.10.2026 198 Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər
"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
12.10.2026 192