"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
İnnovasiya və sürət lideri "Bakcell" mobil tətbiqində süni intellekt texnologiyasından istifadə edərək, müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib. Süni intellekt ilə yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini nəzərə alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.
Müştəri davranışlarının təhlili ilə yaradılan kampaniya və tarif planları bildiriş şəklində istifadəçilərin nəzərinə çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət edərək, yaradılmış xüsusi təkliflərdən faydalana bilirlər.
Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini öndə tutan "Bakcell" daim istifadəçilərinin dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ həllər təqdim edir. Beləliklə, "Bakcell" müasir texnologiyalara əsaslanan məhsul və xidmətləri ilə innovasiyanı gündəlik istifadəçi təcrübəsinin ayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişaf strategiyasını uğurla davam etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 06 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
12.10.2026 183 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
12.10.2026 193 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 191 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213 El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12.10.2026 139 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 134 Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb
Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort
12.10.2026 151 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
12.10.2026 247 Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 316