Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur

Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddurAzərbaycan və Vyetnam arasında münasibətlər yarım əsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və sənaye, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsinə çalışıb. Son dövrlərdə, bu əlaqələrdə yeni bir mərhələ başlayıb.
Azərbaycan-Vyetnam tərəfdaşlığının əsasında dövlət başçılarının qarşılıqlı səfərləri, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır.
Münasibətlərin kökündə 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnamda səfəri durur. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. 2015-ci ildə Prezident Çıonq Tan Şanqın ölkəmizə səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfərinə gələcəkdir. Səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibə verib. Ölkə başçısı öz müsahibəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırıb.
Müsahibəsində Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı üçün perspektivlər və potensial mövcudluğuna toxunun Prezident İlham Əliyev qeyd edib ki, "Hesab edirəm ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur".
Qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Həmçinin ənənəvi olaraq iki ölkə arasında təhsil sahəsində sıx əlaqələr mövcuddur. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Ölkə başçısı müsahibəsində qeyd edib ki, " Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər".

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 07 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

12.10.2026 183
.

Ən dadlı narı necə seçmək olar?

Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys

12.10.2026 193
.

Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ

Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co

12.10.2026 191
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 139
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort

12.10.2026 151
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

12.10.2026 247
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 316
.