Zəif təhsil – güclü dələduzlar: Cəmiyyət hansı yolda gedir?
Azərbaycanda uşağın xəstə ayağının sağalması üçün mollaya dua yazdırıblar. Həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşım edib. Dua uşağın ayağında dəmrov olan hissəyə "sağalması üçün" yazılıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, Çox təəssüf ki, son vaxtlar cəmiyyətimizdə cahilliyin sayı artır. Bunun əsas səbəbi isə savadsızlıq və mövhumatla bağlıdır. Hansı cəmiyyətdə təhsil səviyyəsi aşağı düşürsə, orada insanların bilik səviyyəsi, mədəni və dünyagörüşü də zəifləyir, nəticədə dələduzluq halları geniş yayılır. Cəmiyyəti və kütləni aldatmaq, soymaq üçün müxtəlif fırıldaq üsullarına əl atılır:
"Son dövrlərdə bizdə də kütləvi savadsızlıq hökm sürür. İnsanlarımız artıq bilik əldə etməkdə maraqlı deyillər. Savadsızlıq insanları potensial qurbana çevirir. Bəzi dırnaqarası "ağıllı" fırıldaqçılar bu vəziyyətdən istifadə edərək müxtəlif növ falçılıq, cadugərlik və "dua ilə şəfa vermə" kimi üsullarla insanların həm sağlamlığına, həm də cibinə zərər vururlar.
Bu cür hallar bir çox ölkədə sərt şəkildə cəzalandırılır. Təəssüf ki, bizdə bu sahədə nəzarət və cəza yoxdur. Əksinə, belə insanlar açıq şəkildə mediada və sosial şəbəkələrdə reklam olunur. Dediyimiz savadsız kütlə də onların qurbanına çevrilir.
Halbuki, bu gün ətrafda bilik qaynaqları çoxdur. Dünyanın bütün biliyi insanların cibindəki balaca aparatın — smartfonun — içindədir. Belə bir dövrdə dələduzlara inanacaq qədər savadsız qalmaq qəbulolunmazdır. Bu, artıq insanların özlərinə rəva gördüyü bir durumdur.
Əgər bir problem varsa, onun həlli üçün elmi yollar və sınaqdan keçmiş üsullar mövcuddur. İnsanlar savadlı şəxslərlə məsləhətləşə bilərlər. Bu qədər texnoloji inkişafın yaşandığı bir dövrdə hələ də cahil qalmaq başa düşülən deyil. Bilik və təhsil baxımından o qədər aşağı səviyyədə olmaq mümkündürmü ki, insan dələduzların toruna düşsün?
Düşünürəm ki, televiziya kanallarımızda maarifləndirmə işləri gücləndirilməlidir. Efirə dələduzları deyil, alimləri, mütəxəssisləri və ziyalıları çıxarmaq lazımdır. İnsanların maariflənməsi üçün təşviqedici proqramlar hazırlanmalıdır. Təəssüf ki, bu istiqamətdə əksinə, daha çox cəhalət təbliğ olunur. Bilik və elmin təbliği üçün heç bir ciddi addım atılmır.
Digər tərəfdən, Azərbaycan təhsili də günü-gündən zəifləyir. Bu vəziyyətdə savadsız kütlənin artması da təbii hal alır. Bu isə fırıldaqçılar üçün münbit şərait yaradır.
Bu istiqamətdə iki əsas addım atılmalıdır: İnsanlar maarifləndirilməli və bu kimi şəxslər qanunla sərt şəkildə cəzalandırılmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 904 Tarix: 07 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
12.10.2026 183 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
12.10.2026 193 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 191 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213 El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12.10.2026 139 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 134 Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb
Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort
12.10.2026 151 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
12.10.2026 247 Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 316