"TikTok təhlükəlidir, təcili LƏĞV edilməlidir" – HƏYƏCAN TƏBİLİ
Son zamanlar TikTok istifadəçilərinin yaydığı məzmun, təhlükəsizlik məsələləri, platformanın uşaqlar və gənclər üzərindəki təsiri geniş müzakirə mövzusuna çevrilib. Məhz bu kontekstdə tanınmış jurnalist İslam Qədirli şəxsi sosial şəbəkə hesabında narahatlıq doğuran paylaşım edib. O bildirib ki, TikTok təcili ləğv edilməlidir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan jurnalist qeyd edib ki, problem əsasən insanlarda deyil, platformanın alqoritmindədir:
"TikTok-un alqoritmi daha çox narahatedici məzmunları, xüsusilə də azyaşlıların qarşısına çıxarmağa meyllidir. Məni narahat edən əsas məsələ məhz budur," – deyə o, bildirib.
İslam Qədirli bu fikrini konkret faktla əsaslandırıb. O bildirib ki, Yeni Zelandiyalı sənədli film istehsalçısı araşdırma apararaq özünə 13 yaşlı bir qız adına TikTok hesabı yaradır. Maraqlısı budur ki, bu saxta profil heç bir məzmunu bəyənmir, yalnız təhsil, heyvanlar və digər zərərsiz sahələri maraq dairəsi kimi qeyd edir.
Nəticədə cəmi 22 dəqiqə 15 saniyədən sonra qarşısına intihar, zorakılıq və dava-dalaşla bağlı videolar çıxarılır. Yəni, TikTok platforması bu istifadəçini 13 yaşlı bir qız kimi tanıyır və ona uyğun məzmun təqdim edir.
Digər tərəfdən, TikTok-un azyaşlıların məlumatlarını icazəsiz şəkildə topladığına dair məhkəmə işlərində dəfələrlə uduzduğu və cərimələndiyi vurğulanır.
Jurnalistin diqqət çəkdiyi başqa bir vacib məqam da platformada pul göndərmə (hədiyyə) sistemidir:
"Xatırladım ki, bir azyaşlı uşaq bu yaxınlarda ev almaq üçün toplanmış 70 min manatdan çox pulu TikTok-da fəaliyyət göstərən şəxslərə göndərib. Bu kimi hallar çox baş verir. Hətta əxlaqsızlıq açıq şəkildə təbliğ olunur. Bu reallıq, uşaqları və cəmiyyəti intihara, pedofiliya kimi təhlükələrə sürükləyir," – deyə İslam Qədirli vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 869 Tarix: 08 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMedia və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto
"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy
12.10.2026 139 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 194 Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ
Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca
12.10.2026 178 Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12.10.2026 40 Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12.10.2026 207 D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ
D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü
12.10.2026 315 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
12.10.2026 210 Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin
12.10.2026 697 Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12.10.2026 664