Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?"

Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?"Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Real TV"yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:

"Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər "Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan". Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?" - deyə, həmin ərazidə yaşayan sakin qeyd edib.

Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:

"Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?"

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib. Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.

Komitədən bildirilib ki, oradan hələ də köçməyən vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələri bağlanacaq.

Ətraflı videoda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 08 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12.10.2026 139
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12.10.2026 194
.

Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ

Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca

12.10.2026 178
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12.10.2026 40
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12.10.2026 207
.

D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ

D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü

12.10.2026 315
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

12.10.2026 210
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12.10.2026 697
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12.10.2026 664
.