Xərçənglə əlaqəli 5 ŞOK faktor – Siyahıda hamımızın etdiyi bir vərdiş də var

Xərçənglə əlaqəli 5 ŞOK faktor – Siyahıda hamımızın etdiyi bir vərdiş də varSiqaret və alkoqol istifadəsi, həddindən artıq stress və qeyri-sağlam qidalanma – xərçəngə səbəb ola biləcək bu risk faktorları bir çoxumuza məlumdur. Ancaq bir sıra başqa, çox da tanınmayan, lakin xərçənglə əlaqələndirilən vərdişlər də var. Onların bəziləri gündəlik həyatımızın adi hissəsi ola bilər.

Musavat.com gündəlik həyatda qarşılaşdığımız və xərçəng riski ilə əlaqələndirilən 5 təəccüblü faktoru təqdim edir:

DÖYMƏLƏR

Əgər döymə etdirmisinizsə və ya etdirməyi düşünürsünüzsə, son araşdırmalar sizi maraqlandıra bilər.

İsveçdə aparılan bir tədqiqatda 5600 nəfər iştirak edib və limfa xərçəngi diaqnozu qoyulan şəxslərin döymə etdirmə ehtimalının digərlərinə nisbətən 21% daha yüksək olduğu müəyyən olunub. Maraqlıdır ki, döymənin ölçüsü və rəngi bu riski dəyişməyib.

QƏLYAN

Bəzi insanlar qəlyanın siqaretdən daha təhlükəsiz olduğunu düşünsə də, əslində belə deyil. Belə ki, bir saat qəlyan çəkən şəxs bir siqaretə nisbətən 100-200 dəfə daha çox tüstü udur.

Vyetnamın şimalında 40 000 nəfər üzərində aparılan araşdırmaya görə, qəlyan çəkən şəxslərin qaraciyər, ağciyər, baş-boyun və mədə xərçəngindən ölüm riski istifadə etməyənlərə nisbətən daha yüksək olub.

ÇOX İSTİ İÇKİLƏR

Mütəxəssislərin fikrincə, 60°C və ya daha yüksək temperaturda içilən çay, xüsusilə illərlə gündə bir neçə dəfə qəbul edilərsə, yemək borusunun selikli qişasına zərər verə bilər.

Böyük Britaniyada aparılan araşdırma da bunu təsdiqləyir. Belə ki, gündə 4-6 fincan isti içki qəbul edən şəxslərdə qida borusu xərçəngi iki dəfə daha çox görülüb.

KİMYƏVİ SAÇ DÜZLƏŞDİRİCİLƏR VƏ BOYALAR

Kimyəvi tərkibli saç düzləşdiricilər və boyalar tez-tez formaldehid və ya hormon sisteminə təsir edən (endokrin pozucu) maddələr – məsələn, ftalatlar – ehtiva edir. Bu maddələr döş, yumurtalıq və uşaqlıq xərçəngi ilə əlaqələndirilə bilər.

YÜKSƏK TEMPERATURDA BİŞİRİLMİŞ ƏTLƏR

Qırmızı ət, toyuq və balıq kimi heyvan mənşəli məhsullar yüksək temperaturda qızardıldıqda heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi xərçəng törədə biləcək kimyəvi maddələr əmələ gəlir.

Genişmiqyaslı tədqiqatlar göstərir ki, yüksək temperaturda bişirilmiş ət istehlak edən insanlarda yoğun bağırsaq xərçənginə tutulma ehtimalı daha yüksəkdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1456   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 521
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 784
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 1106
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 891
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 718
.