Azərbaycanda BU DİL SÜRƏTLƏ YAYILIR - Orta məktəblərdə tədris olunacaq?

Azərbaycanda BU DİL SÜRƏTLƏ YAYILIR - Orta məktəblərdə tədris olunacaq?Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasındakı əməkdaşlığa töhfə verəcək addımlardan ən önəmlisi isə Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsidir. Təbii ki, bütün bunlar ölkəmizdə Çin dilinə olan marağı artıracaq.

Maraqlıdır, görəsən Çin dili də ingilis və rus dilləri kimi ölkəmizdə işlək dilə çevriləcək?

Mövzuya dair fikirlərini Publika.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Çin və Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması, xüsusilə viza rejiminin ləğvi, birgə iqtisadi layihələr və strateji əməkdaşlıq çin dilinin ölkəmizdə öyrənilməsinə marağı artırır:

"Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 3000-dən çox şəxs çin dilini öyrənmək üçün müxtəlif kurslara və proqramlara qatılır. Bu göstərici hər il orta hesabla 10-15 faiz artım dinamikası göstərir. Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində çin dili artıq ayrı-ayrı ixtisaslar üzrə tədris olunur. Ümumilikdə, ölkədə təxminən 12 ali və orta ixtisas təhsil müəssisəsində çin dili fakültativ və ya seçmə fənn kimi təklif olunur. Bu, hələlik ölkə miqyasında geniş yayılmadığını göstərir.

"Təhsil haqqında" Qanunun 7-ci maddəsində qeyd olunur ki, təhsil alanlara beynəlxalq əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici dillərin öyrədilməsi əsas prioritetlərdən biridir. Amma hazırda xarici dillərin tədrisi əsasən ingilis və rus dili üzərində qurulub, çin dilinə isə hələlik pilot layihə və ayrı-ayrı təşəbbüslər çərçivəsində yer verilir. Dövlətin bu istiqamətdə konseptual yanaşmaya keçməsi, müvafiq proqramların hazırlanması və məktəblərdə kadr hazırlığının təşkil edilməsi vacib şərtdir".

Ekspertin sözlərinə görə, Çin dilinin dövlət səviyyəsində ikinci və ya üçüncü xarici dil kimi məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə əsaslı irəliləyiş ola bilər:

"Lakin bunun üçün ən böyük çətinlik peşəkar Çin dili müəllimlərinin çatışmazlığı və dərsliklərin məhdudluğudur. Çin səfirliyi və Konfutsi İnstitutunun dəstəyi ilə bəzi məktəblərdə artıq Çin dili kabinetləri yaradılıb. Ancaq bu, ölkə miqyasında sistemli şəkildə genişlənməyib. Çin dili kurslarına tələb əsasən Bakı və iri şəhərlərdə müşahidə olunur. Xüsusilə, beynəlxalq şirkətlərdə, turizm və logistika sektorunda işləmək istəyən gənclər üçün bu dil artıq rəqabət üstünlüyü hesab olunur. Lakin regionlarda belə kursların əlçatanlığı və tədris keyfiyyəti ilə bağlı problemlər davam edir. Kurs qiymətlərinin yüksək olması və peşəkar müəllim çatışmazlığı bu sahədə inkişafın qarşısını qismən alır.

Dövlət proqramı çərçivəsində yeni müəllimlərin Çində hazırlanması, distant təhsil imkanlarının artırılması və çin dili üzrə elektron resursların genişləndirilməsi vacibdir. Dünya təcrübəsində, məsələn, Sinqapur, Malayziya, Avstraliya və Almaniyada çin dili artıq orta məktəblərdə ikinci və üçüncü xarici dil kimi geniş şəkildə tədris olunur, Çində təhsil almaq üçün proqramlar, təqaüdlər və birgə layihələr mövcuddur. Məhz bu ölkələrdə əmək bazarının tələbləri ilə təhsil siyasəti arasında əlaqə aydın hiss olunur".

K.Əsədov son olaraq qeyd etdi ki, Çin ilə iqtisadi, texnoloji, turizm və humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycanda Çin dilini bilməyin vacibliyini artırır:

"Artıq Çindən Azərbaycana gələn turistlərin sayı il ərzində 30 min nəfəri keçib və artan ticarət dövriyyəsi, ortaq biznes layihələri, təhsil mübadilələri fonunda çin dilini bilən kadrlara ehtiyac yaranır. Diplomatik münasibətlərin intensivləşməsi də bu dili bilən mütəxəssislərin perspektivini artırır. Bütün bu amillər onu göstərir ki, çin dilinin tədrisi, müəllim hazırlığı və müasir metodik baza təmin olunarsa, bu dil Azərbaycanın təhsil sistemində rus və ingilis dili kimi geniş yayılmış xarici dillərdən birinə çevrilə bilər.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallının sözlərinə görə, ADU-da uzun illərdir Konfutsi İnstitutu böyük uğurla fəaliyyət göstərir:

"Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir.

Buna nümunə olaraq təşkil olunmuş "Çinin ənənəvi musiqisi" adlı onlayn layihəni, "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminarı, "Çin dili körpüsü" beynəlxalq müsabiqəsini, "Çin yelpiyinin incəsənəti" adlı onlayn tədbiri, "Arşın mal alan" operettasının "Çin tarixi" adlı onlayn seminarı, "İki doqquzluq bayramı"na həsr olunmuş "Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları" adlı onlayn tədbiri, "Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri" adlı onlayn tələbə elmi seminarı, "Azərbaycan rəssamlarının yaradıcılığında Çin" mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. nümunə göstərmək olar.

Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün "Çin dili körpüsü" kursları təşkil edir. ADU-da bir neçə dəfə Çinin ölkəmizdəki səfirləri və diplomatları ilə görüşlər keçirilib. Eyni zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verir".

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun sözlərinə görə, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin yaxınlaşması bir çox azərbaycanlı gəncin öyrənilən əsas xarici dil kimi məhz Çin dilini seçməsi ilə nəticələnib:

"Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb.

Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir.

Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətini dərindən öyrənəcək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq "körpü"sünə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına töhfə verəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2983   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

18:30 192
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

18:15 209
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

20:44 192
.

İordaniyaya getmək istəyənlərin nəzərinə!

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb

17:52 188
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 200
.

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"

"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-

15:04 291
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

14:14 210
.

Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ

Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca

18:45 178
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15:13 302
.