Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...

Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...Son illərdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi közərmə lampalarının istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi və onların tədricən bazardan çıxarılması gündəmdədir. Mütəxəssislər bildirirlər ki, közərmə lampaları cibi də yandırır, evi də...

Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq ölkəmizdə 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək.

Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib ki, bir led lampasının istifadə müddətində 10-dan çox közərmə lampası xarab olur. Vətəndaş lampanın qiymətinə aldanır, amma uzunmüddətli hesablamada, əslində, xərclədiyindən daha çox ziyana getdiyinin fərqinə varır: "7 Vt-lıq bir led lampası altı manatdır, bir közərmə lampası isə 60 qəpikdir. Amma vətəndaş qısamüddətli hesablama ilə közərmə lampası alır. Hesablamalarımıza görə, bir ildə bir milyon lampanın satışa çıxarılmasından söhbət gedirsə, bu, 30 milyon kub metr qaza qənaət deməkdir".

Bu qadağanın əsas səbəbi közərmə lampalarının aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatına səbəb olmasıdır. LED və CFL lampaları ilə müqayisədə közərmə lampaları daha çox enerji istehlak edir və daha qısa ömürlüdür. Məsələn, 15 min saat işləmə müddəti olan bir LED lampa, min saatlıq ömrü olan 17 közərmə lampasını əvəz edə bilər ki, bu da xərcdə iki dəfə, elektrik enerjisi xərcində isə səkkiz dəfədən çox qənaət deməkdir.

Qanun layihəsinə əsasən, qadağaya əməl etməyən vəzifəli şəxslər və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulub. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manata qədər, hüquqi şəxslər isə üç min manatdan dörd min manata qədər cərimə ediləcək.

"Lampa o qədər qızır ki..."

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır: "Hətta isti rayonlarda yay aylarında bəzi insanlar işığı söndürürdü ki, otaqda istilik az olsun. Közərmə lampaları elektrik enerjisinin təxminən 5%-ni işığa çevirir, qalan 95%-i isə istilik şəklində itirilir. Lampa o qədər qızır ki, hətta əl ilə açmaq mümkün olmur. Çünki közərmə lampaları 1300 C-dək qızır. Qızma enerji israfına gətirib çıxarır. Bununla yanaşı, həm patronu sıradan çıxarır, həm də çilçırağı".

"Led lampalar çox işıq verir, az istilik yayır"

Mütəxəssis bildirir ki, bu lampalardan istifadə olunan evlərdə qısaqapanma riski həmişə güclü olur: "Közərmə lampaları yanğın baxımından da ciddi təhlükə yaradır. Ən böyük mənfi cəhətlərindən biri də tez sıradan çıxması və faydalı iş əmsalının aşağı olmasıdır. Düzdür, qiymət baxımından közərmə lampaları çox ucuzdur. Bir led lampanın qiymətinə üç közərmə lampası almaq olar. Amma sərfiyyat baxımından ucuz aldığını düşünən insan onun istifadəsinə dəfələrlə artıq pul ödəyir. Led lampalar isə özünü doğruldur. Led lampalar eyni miqdarda işıq vermək üçün 90% daha az enerji sərf edir və daha az istilik yayır".

Mütəxəssis vurğulayır ki, LED lampaların ilkin qiyməti daha yüksək olsa da, onların uzunömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur: "Közərmə lampaları texnologiya baxımından artıq köhnəlmiş sayılır".

Yuxarıda qeyd etdiyimiz kimi, közərmə lampalarının yüksək enerji sərfiyyatı, elektrik enerjisinin istehsalında istifadə olunan təbii resursların daha çox istismarına gətirib çıxarır. Bu isə karbon qazı emissiyalarının artmasına səbəb olur. Əvəzində LED lampalar daha ekoloji təmiz hesab olunur və bu keçid iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna edilən dəyişiklik layihəsində qeyd olunub ki, bir il ərzində istifadə olunan bir milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Közərmə lampalarının mərhələli şəkildə ləğvini həyata keçirən ilk ölkə Avstraliya olub. Avropa İttifaqı 2009-cu ildən başlayaraq közərmə lampalarının mərhələli şəkildə ləğvinə başlayıb və 2012-ci ilə qədər bu proses tamamlanıb. ABŞ-də 2023-cü ilin avqust ayından etibarən yeni enerji səmərəliliyi standartlarına cavab verməyən közərmə lampalarının satışı qadağan edilib. Filippin 2008-ci ildə qəbul etdiyi qanunla 2011-ci ildən etibarən közərmə lampalarının istehsalı, idxalı və satışını qadağan edib. ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 833   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi

Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala

27.09.2026 427
.

Sabunun məişətdə 10 faydalı istifadə üsulu

Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində

27.09.2026 216
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 213
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27.09.2026 239
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 200
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 159
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

24.09.2026 927
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 223
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

27.09.2026 284
.