Neftçalada qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydü
Neftçala Rayon Mərkəzi Xəstəxanasında insident olub.
Oxu.Az-ın məlumatına görə, xəstəxananın operatoru işləyən qadın öz rəfiqəsi tərəfindən döyülüb.
Qeyd olunur ki, Neftçala şəhərinin 20 yanvar küçəsində Ülkər adlı qadın ətir satışı ilə məşğul olub. Xəstəxananın statistika bölməsində operator vəzifəsində çalışan Cəmalə adlı qadın isə onunla rəfiqə olub. Cəmalə Ülkərin mağazasından nisyə ətirlər götürərək satıb sonradan pulunu ödəyirmiş .
Cəmalə sonuncu dəfə Ülkərdən 350 manat dəyərində ətirlər götürsə də, onların pulunu 4 ay ödəməyib. O, Ülkərlə razılaşıb ki, maddi vəziyyəti ilə əlaqədar ona hər ay 50 manat ödəyə biləcək. Ülkər də onunla razılaşıb.
Bir müddət sonra Cəmalə oğluna kiçik toy məclisi edib və Ülkəri də dəvət edib. Amma işlə əlaqədar Ülkər toya gələ bilməyib, buna görə Cəmalədən üzr də istəyib. Cəmalə isə onun üzrünü qəbul etməyib. Ülkər ona deyib ki, borclu olduğu 350 manatın 50 manatını oğlunun toyuna çıxsın.
Bir neçə gündən sonra Cəmalə sosial şəbəkələrdə Ülkəri təhqir etməyə başlayıb. Ülkər bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də, xəstəxana işçisi onun bu xəbərdarlığına məhəl qoymayıb.
Çarəsiz qalan Ülkər özü ilə bir nəfər qadın da götürüb xəstəxanaya, Cəmalənin iş yerinə gəlib və yanındakı qadına tapşırıb ki, Cəmalə ilə olan davasını videoya çəksin. Ülkər xəstəxananın giriş koridorunda Cəmalə ilə rastlaşıb və ondan etdiyi hərəkətin səbəbini soruşub. Cəmalə ona cavab vermədən getmək istəyəndə Ülkər Cəmalənin saçında tutub dəhlizdə sürüməyə, onu şillə və təpik zərbələri ilə vurmağa başlayıb. Mühafizəçilərin müdaxiləsindən sonra dava sakitləşdirilib və hadisə yerinə polis gəlib.
Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ülkər qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 776 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBərabər məktəb mühiti uşaqlardan başlayır
"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə
11:40 209 Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri
"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi
13:31 183 Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço
14:41 155 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind
17:20 0 "Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"
"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-
15:04 185 Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c
10:12 214 Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə
11:33 169 Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib
Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy
12:55 158 Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12:56 192