Bakıda 28 dəqiqəyə xoşbəxt olmağın sirri: "Arzular marafonu" keçirən Dilbər Sadayeva kimdir?

Bakıda 28 dəqiqəyə xoşbəxt olmağın sirri: "Arzular marafonu" keçirən Dilbər Sadayeva kimdir?Xatırlayırsınızsa, psixoterapevt həkim adlandırılan Anatoli Kaşpirovski 1989-cu ilin oktyabr ayının 9-da Mərkəzi Televiziyada ilk "sağlamlıq seansı"ndan sonra məşhurlaşdı. Lakin çox çəkmədi ki, "qoyulmuş qaydaları pozmaqla xalq təbabəti ilə məşğul olduğuna görə" dəfələrlə inzibati məsuliyyətə cəlb edildi. Onda mütəxəssislər də belə qənaətə gəlirdilər ki, bu ekstrasens insanın psixi və fiziki sağlamlığına mənfi təsir göstərən hipnoz metodlarından istifadə edir. Bu səbəbdən, az keçmiş Rusiya Federal İstehlak Nəzarət Xidməti Kaşpirovskinin "ovsunladığı" məhsulların satışını da dayandırdı. Artıq məlum olmuşdu ki, televizorların ekranlarından ekstrasensın tamaşaçılara verdiyi "göstərişlər" boş şeydir, onları xəstəliklərdən xilas etməyəcək.

Bakıda 28 dəqiqəyə xoşbəxt olmağın sirri: "Arzular marafonu" keçirən Dilbər Sadayeva kimdir?Paytaxt Bakıda da yeni "Kaşpirovskinin" peyda olduğu barədə xəbər sürətlə yayılır. Bir vaxtlar o, "Dilbər Pudokina" ləqəbi ilə özünü tanıdıb. Əslində, Gürcüstan vətəndaşıdır və Dilbər Sadayeva ad-soyad daşıyıcısıdır. Heç bir elmə yiyələnməyib. Tibbi təhsili olmadan psixoloq kimi fəaliyyət göstərməsi isə dəhşətdir. O da Kaşpirovski sayağı "psixoloji durum," "həyatın yaxşılaşdırılması" adları altında aldadıcı seanslar keçirir. Qapısında növbədən yer də yoxdur.

Dəhşətdir vallah! Fəaliyyəti ilə bağlı lisenziyası olmayan bu xanım insanları psixoloq kimi necə müalicə edə bilər? Belə olan halda əlaqədar dövlət qurumları nədən sussunlar?! Təbii ki, bu hal yolverilməzdir.

Bakıda 28 dəqiqəyə xoşbəxt olmağın sirri: "Arzular marafonu" keçirən Dilbər Sadayeva kimdir?Bununla bağlı GundemXeber.Az-ın redaksiyasına etibarlı mənbə tərəfindən ötürülən məlumatlarda bildirilir ki, Dilbər Sadayeva insanları seans adıyla qəbul edərək, hər seansa görə pasiyentlərin hər birindən 100, 159, 200 manat məbləğində pul alır. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, belə bir fəaliyyətdən beş il öncə "Turagent" işində də istifadə edib və külli miqdarda pul toplayıb. Bir-neçə vətəndaşın üst-üstə 80 000 (səksən min) manat məbləğində pulunu ələ keçirib. Həmin qanunsuz işlə bağlı Bakı Şəhər Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Dilbər Sadayevanın bu cinayət əməlinə görə araşdırma aparılıb və qanun çərçivəsində lazımi addımlar da atılıb. Amma nə olsun, o, yenə də qanunsuz əməllərini davam etdirir.

Bakıda 28 dəqiqəyə xoşbəxt olmağın sirri: "Arzular marafonu" keçirən Dilbər Sadayeva kimdir?Bu istiqamətli araşdırmalarımız zamanı bizə məlum olub ki, doğrudan da, Dilbər Sadayeva başqa işlərlə məşğul olur. Elə, bu barədə onun özünün internet şəbəkəsindəki paylaşımları da deyilənlərin sübutudur. Guya, o, məhdud sayda ovsunlayıcı ətir istehsal edib. Tələsib, bu ətirdən almaq lazımdır ki, xoşbəxtliyinə qovuşa biləsən. Ən maraqlısı odur ki, guya, o, sevgi marafonu keçirməklə də, bu missiyasını davam etdirir.

Beləcə, qurama reklamları ilə istədiyini qazana bilir. Lakin bu xanım müəyyən dərəcəli ətirlər hazırlayıb, onların satışıyla məşğul olarkən də, qanun tələbələrini nəzərə almır. Yəni, bununla bərabər, bütün görülən işlərin qarşılığında əldə etdiyi külli miqdarda pul vəsaitləri müqabilində dövlətə vergi ödəməkdən yayınır. Sənədsiz-sübutsuz, qeyri-qanuni fəaliyyətini davam etdirməkdən çəkinmir. Bütün bunların sübutu olan internet paylaşımları da əlimizdədir və surətlərini dərc edirik. Baxın, özünüz də həqiqəti görün.

Yazıda sadalanan faktlarla bağlı Dilbər Sadayevanın da mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir, yazının davamı olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bərabər məktəb mühiti uşaqlardan başlayır

"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə

11:40 209
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 183
.

Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço

14:41 155
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

17:20 0
.

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"

"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-

15:04 185
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 214
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

11:33 169
.

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy

12:55 158
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 192
.