Gözlərinizdəki bu problem ağlınızı itirdiyinizin göstəricisi ola bilər

Gözlərinizdəki bu problem ağlınızı itirdiyinizin göstəricisi ola bilərGöz sağlamlığındakı bəzi problemlər qocalığın göstəricisi ola bilər.

Ölkə.Az "Daily mail"ə istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Otaqo Universiteti ortalama yaşı 45 olan 900 nəfər üzərində 45 illik araşdırma aparıb.

Tədqiqat bulanıq görmə və görmə ləkələri kimi simptomların demensiyanın erkən başlanğıc riskini göstərdiyini üzə çıxarıb.

Mütəxəssislər müəyyən ediblər ki, gözün arxasındakı işığa həssas toxuma (torlu qişa) normaldan daha incədirsə, 60, 50 və hətta 40 yaşlarında demensiya diaqnozu qoyulma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Bu vəziyyət tibbi ədəbiyyatda "torlu qişanın incəlməsi" kimi tanınır; Görmə qabiliyyətinin pisləşməsi, rəng qavrayışının dəyişməsi, ləkələr və işığın yanıb-sönməsi kimi əlamətlərlə özünü göstərir.

Tədqiqat, damarların daralması və gözdəki damarların genişlənməsi əlamətləri olan şəxslərdə bu vəziyyətin bir gözdə ağrı, təzyiq və görmə itkisinə səbəb olduğunu və demensiya riskini artıra biləcəyini aşkar edib.

Mütəxəssislər deyir ki, həm torlu qişanın incəlməsi, həm də göz damarlarındakı dəyişikliklər beyinə və gözlərə kifayət qədər qan axınının təmin edilməsinə mane olur. Bu da yaddaş itkisinə səbəb olan nevroloji prosesləri tətikləyə bilər.

Vurğulanıb ki, bu simptomlar bədəndə qan dövranının pisləşməsinin əlaməti ola bilər və infarkt, eləcə də insult riskini artıra bilər.

Qeyd edək ki, demensiya sözünün latıncadan tərcümədə mənası "ağılsızlıq" deməkdir. Demensiya beyinin yaddaş, düşünmə və gündəlik həyat fəaliyyətlərini idarə edən funksiyalarının tədricən pozulmasıdır. Sadə dillə desək, demensiya insanın əvvəlki kimi düşünə, yadda saxlaya və qərar verə bilməməsi deməkdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1195   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.