Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir

Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdirYüz yeddi il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı.
1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində ölkəmiz böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
"Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir" deyən Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 20 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 167
.

Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar

"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri

11:13 156
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

10:23 206
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 336
.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

13:21 193
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 283
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 175
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 175
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 180
.