22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi - İndi pula pul demir - FOTOLAR
sveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla həyatını dəyişib. Turizmin önəmli şəhərlərindən olan Alanyaya köçərək Türkiyəni gəzməyə başlayıb və sosial media üçün çəkdiyi kənd həyatı videoları ilə qısa müddətdə böyük maraq qazanıb.
Milli.Az xəbər verir ki, Nicolenin videolarına milyonlarla baxış gəlir.
İsveçin Helsingborg şəhərində dünyaya gələn 22 yaşlı Nicole Gheibi isti iqlimi və səmimi insanları ilə tanınan Alanyada 2021-ci ildə tamamilə fərqli bir həyat qurub. Gənc yaşda verdiyi radikal qərarla İsveçdəki rahat həyatını arxada qoyaraq Türkiyəyə köçən Nicole Alanyanın kənd bölgələrində təbii həyatı əks etdirən videolar çəkməyə başlayıb.
320 min izləyicisi var
Kənddə inək sağmaqdan, təndirdə çörək bişirməyə, bağçadan tərəvəz yığmağa qədər bir çox ənənəvi anı lentə alan Nicole sosial mediada böyük rəğbət qazanıb. Sosial mediada 320 min izləyiciyə çatan bu gənc fenomenin videoları milyonlarla dəfə izlənib. Xüsusilə türk izləyicilərinin ona böyük maraq göstərdiyini də qeyd edir. Nicolenin paylaşımlarına gələn şərhlərdə onu "Yad deyil, bizim kimidir" deyə səciyyələndirən kənd əhalisi onu böyük sevgi ilə qarşılayıb.
"Kənd həyatı mənə rahatlıq verir"
Qəfil qərarla Türkiyəyə, sonra isə Alanyaya yerləşən sosial media məzmun istehsalçısı Nicole deyir:
"Ailəm Alanyaya köçmək istədi, mən də bunu fürsət kimi gördüm. İsveçdən qaçmaq istəyirdim, oranı heç sevmirəm. Mən kənd həyatını və yeni mədəniyyətlər kəşf etməyi sevirəm. Türkiyəyə tətildə gələndə kənd həyatını gördüm və çox sevdim. Mənə böyük rahatlıq verir. Sosial mediada məni görənlər çox pozitiv rəy bildirirlər. Kənd həyatını görənlər müsbət şeylər deyirlər. Türkiyəni buna görə çox sevirəm. Alanya çox gözəl yerdir və burada hər şey var".
"Kəndləri gəzirik"
Nicole ilə tanış olduqdan sonra birgə kənd videoları çəkən Selçuk Paksoy isə bildirib:
"Nicole ilə 2 il əvvəl tanış olduq. Ailəsi də özü də çox gözəl insanlardır. Nicole ilə müxtəlif fəaliyyətlər həyata keçiririk, videolar çəkirik və kəndləri gəzirik".
Alanyaya könüllü bir tanıtım elçisi kimi töhfə verən Nicole yerli mədəniyyəti tanıtması ilə də diqqət çəkir.



BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1022 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
27.09.2026 427 Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində
27.09.2026 216 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 213 Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar
27.09.2026 239 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
20.09.2026 200 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən
27.09.2026 159 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
24.09.2026 927 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 223 Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri
27.09.2026 284