Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir
Azərbaycan İsrailin ən etibarlı tərəfdaşlarından birinə çevrilib; iki ölkə arasında münasibətlər hazırda öz inkişafının pik dövrünü yaşayır ki, bu da hər iki ölkə və xalqlar üçün böyük əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu diplomatik missiyasını başa vurmaqda olan İsrailin Azərbaycandakı səfiri Corc Dik "The Jerusalem Post"a müsahibəsində deyib.
O vurğulayıb ki, apardıqları sorğular Azərbaycan ictimaiyyətinin 80 %-dən çoxunun İsraili dost ölkə hesab etdiyini göstərib.
Diplomat 2019-cu ilin noyabrında Azərbaycana səfir təyin olunduğunu və o vaxtdan dünyanın tarixi və geosiyasi əhəmiyyətli hadisələrin - COVID-19 pandemiyası, İkinci Qarabağ müharibəsi, Rusiya ilə Ukrayna arasında münaqişə, Yaxın Şərqdə gərginliyin artmasının şahidi olduğunu xatırladıb. "Bütün bu çağırışlara baxmayaraq, İsraillə Azərbaycan arasında əlaqələr daha möhkəm, daha strateji və hissolunan xarakter alıb", - o bildirib.
Corc Dik Azərbaycanın mühüm geosiyasi mövqeyinə toxunub: "Azərbaycan Rusiya, İran və NATO üzvü Türkiyə ilə həmsərhəd olan yeganə müsəlman ölkəsidir". Diplomat müsəlman dünyasında qadınlara səsvermə hüququ verən və əsl demokratiya yaradan ilk müsəlman ölkəsi olan Azərbaycanın şanlı tarixini də diqqətə çatdırıb.
Səfirin sözlərinə görə, Azərbaycanın uğurları güclü və müdrik liderlər - Prezident İlham Əliyev və Ümummilli Lider Heydər Əliyevlə bağlıdır. "Bu lierlik sayəsində ölkənin təbii sərvətləri böyük dövlətlərin əlində alətə çevrilməyib. Bakı "yox" demək və müstəqil şəkildə öz gələcəyini müəyyən etmək iqtidarındadır", - Dik vurğulayıb.
İsrailli diplomat qeyd edib ki, Azərbaycanın strategiyası balanslıdır: "Azərbaycan hamıya yaxındır, lakin heç kimdən asılı deyil. Bu, firavan, insanların yaxşı həyat səviyyəsi olan dövlətdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır
Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin
10:55 163 Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev
15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd
11:27 139 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 264 14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
10:17 172 ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11.10.2026 324 Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin
11:24 140 Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar
11.10.2026 395 Sabah hava necə olacaq?
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a
12:35 102 Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti
13:21 91