Azərbaycanda nişan pozulanda gətirilən xonçaların AQİBƏTİ belə olur - QANUNLA
Azərbaycanda elçilikdən evliliyə qədər hər bayramda, xüsusi günlərdə oğlan evi qız evinə xonçalar aparır. Son illərdə bu adət bir az da dəyişdirilib. Artıq qız tərəf də oğlana hədiyyələrlə dolu xonçalar aparır. Hətta bəzən nişanlılıq müddətində qıza avtomobil, ev kimi daha qiymətli hədiyyələr təqdim olunur. Nişan pozulduqdan sonra isə bəzən onlar geri qaytarılır.
Bəs tərəflərdən biri verdiyi hədiyyələri geri istəyir, digəri vermirsə, bu zaman qanun kimdən yanadır?
Hüquqşünas Əkrəm Həsənov Lent.az-a açıqlamasında bildirib ki, verilən hədiyyələri geri almaq mümkün deyil:
"Hədiyyə əvəzsiz və təmənnasız verilən əşyadır. Bu baxımdan da, qanunla hədiyyə olaraq verilən hər şey – istər kiçik, istərsə də böyük və dəyərli əşyalar geri tələb edilə bilməz.
Burada həm də, sübutetmə məsələsi var. Şəxs necə sübut edəcək ki, "nəyi, nə qədər" verib. Bəziləri bildirir ki, hədiyyəni tələb etmək üçün "əsassız varlanma" iddiasını qaldıraraq məhkəməni "udmaq" olar. Lakin bilmək lazımdır ki, hədiyyə əsassız varlanma deyil. Əsassız varlanma odur ki, heç bir əsas olmadan qarşı tərəf sənin hesabına imtiyaz əldə etsin. Buna nümunə kimi səhvən birinin bank kartına pul köçürülməsini çəkə bilərik. Qarşı tərəf pulu geri qaytarmaqdan imtina edirsə, o zaman bu, əsassız varlanma hesab edilə bilir".
Hüquqşünas bildirib ki, bir halda verilən hədiyyələri geri almaq olar:
"Təəssüf ki, son illərdə bayramlarda aparılan xonçalar, qurbanlıqlar, təmtərahlı toylar, hədiyyələr o qədər artıb ki, onlarla paralel boşanmaların da sayı artıb. Bu hədiyyələri geri tələb etmək üçün yalnız bir yol var. Öncədən tərəflər aralarında müqavilə bağlasalar (münasibət pozularsa, verdiklərimi geri alacam) bu zaman hədiyyələri geri qaytarmaq mümkün olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1037 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
11.10.2026 226 15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi
11.10.2026 414 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11.10.2026 261 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 259 Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə
11:33 22 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11.10.2026 361 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 299 Bərabər məktəb mühiti uşaqlardan başlayır
"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə
11:40 0 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11.10.2026 217