Ər-arvadın ümumi birgə mülkiyyəti nədir?-Vəkildən açıqlama
Nikah dövründə əldə edilmiş əmlak ər və arvad arasında bölünürmü? Əgər bölünürsə, bölgü necə, nə cür aparılır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Ər-arvadın ümumi birgə mülkiyyəti nədir?
"Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur və nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir.
Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Yuxarıda qeyd edillən əmlaklar ər-arvadın (onlardan birinin) tələbi ilə bölünə bilər.
Hansı əmlak bölünmür?
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Başqa sözlə, qeyd olunan əmlaklar bölünmür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 826 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
11.10.2026 226 15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi
11.10.2026 414 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11.10.2026 261 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 259 Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə
11:33 22 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11.10.2026 361 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 299 Bərabər məktəb mühiti uşaqlardan başlayır
"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə
11:40 0 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11.10.2026 217