Yolda satılan bu məhsulu qəti yeməyin - öldürür

Yolda satılan bu məhsulu qəti yeməyin - öldürürBaş toksikoloq: "Yol kənarlarında, ya bazarlarda satılan göbələklərin içində zəhərli növü ola bilər, bu da..."

Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.

Göbələyin zəhərli və öldürücü olması faktı çoxdan məlumdur. Lakin insanlar bu məhsulu hələ də gündəlik qida rasionuna əlavə edirlər. Əksəriyyət mağazalarda satılan göbələyə üstünlük verir, amma onların keyfiyyəti ilə bağlı hələ də narahatlıqlar var. Sadəcə, əsasən meşədən yığılmış və təmizlənməmiş göbələk zəhərli, insan həyatı üçün təhlükəli olur.

Bundan başqa, toy mərasimlərində süfrəyə göbələk gətirilir. Kim zəmanət verə bilər ki, şadlıq evləri bu göbələyin keyfiyyətindən xəbərdardır?

Qeyd edək ki, ötən il də Xaçmazda iki qadın göbələkdən zəhərlənib dünyasını dəyişib. Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. Həkimlər insanlara məsləhət görür ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin.

Bəs yeməli göbələklərin qida kimi faydası, üstünlüyü nədən ibarətdir, uşaqlara da vermək olarmı?

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı "Yeni Müsavat" a fikrini bölüşüb: "Göbələk zəhərlənməsi ilə bağlı KTM-ə cəmi 6 nəfər müraciət edib. Onlar göbələyi marketdən almışdılar. Məlum olub ki, zəhərli göbələk növü olub. Yəni qida zəhərlənməsi kimi dəyərləndirilib, müayinə olunublar, məsləhət alıb evə gediblər. Ölüm hadisəsi olmayıb. Amma insanlar diqqətli olmalıdırlar. Əsasən də yol kənarlarında, ya bazarlarda göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola bilər. Bu da ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın".

Baş toksikoloq əlavə edib ki, mağazalarda əsasən zəhərsiz göbələklər-şampinyon və onun növləri satılır: "Onlar zəhərlənməyə səbəb olmur. Ancaq saxlanma müddətinə fikir vermək lazımdır. AQTA hər dəfə zəhərlənmə hadisəsi zamanı dəqiqliklə araşdırır. Marketlərdə zəhərli göbələk növləri satılmır. Amma qida məhsulu kimi göbələyə qarşı bəzi insanlarda həssaslıq ola bilər. Göbələyə qarşı orqanizmdə reaksiya ola bilər. Saxlama müddəti pozulursa, zəhərlənməyə səbəb ola bilər. Üzərində yazılır, 10 gün, ən gec 2 həftə ərzində vaxtı var, buna diqqət etmək lazımdır.

O ki qaldı allergik reaksiyalara, göbələk çox qüvvətli qida məhsuludur. Yeyəndən sonra mədə nahiyəsində köp, ağrılar, dəri səthində qızartılar olarsa, bu o deməkdir ki, bu qida orqanizmə düşmür. Ondan uzaq durmaq lazımdır".

Məlumat üçün bildirək ki, bazarlarda və marketlərdə satılan şampinyon, kəpənək göbələyi, balqabaq göbələyi (lisichka), qozlu göbələk kimi növlər zəhərsiz sayılır. Onlar aşağı kalorili və zülal baxımından zəngin olduqları üçün sağlam qida hesab olunur. Ən təhlükəli məqam - zəhərli göbələklərin yeməli olanlara bənzəməsidir. Mütəxəssislərin fikrincə, bəzi zəhərli göbələklər ilk baxışda dadlı və zərərsiz görünür. Ağ ölümcül göbələk (Amanita phalloides) - Şampinyona bənzəyir, ancaq az miqdarda belə ölümlə nəticələnə bilər. Ağsaqqal göbələyi (Amanita verna) - həm zahirən, həm də dad baxımından yeməli göbələklərlə qarışdırıla bilər. Qırmızı başlı zəhərli göbələk (Amanita muscaria) -ən çox tanınan, lakin halüsinasiyalara və ağır zəhərlənməyə səbəb olan növdür. Zəhərli paxlava göbələyi (Hypholoma fasciculare) - qrup halında bitir, tez-tez yeyilən növlərlə səhv salınır. Göy göbələk (Entoloma sinuatum) - yeyilən "mavi göbələk"lərlə bənzərliyi var, lakin orqanizmdə ağır fəsadlar yarada bilər. Bu növlərin bəzilərinin ayağında kisə (volva) və halqa olur, bu da onları tanımaq üçün vacib göstəricidir. Amma ən etibarlı üsul - tanımadığınız heç bir göbələyə toxunmamaq və dadına baxmamaqdır.

Pediatrlar qeyd edib ki, 5 yaşına qədər uşaqlara göbələk verilməsi məsləhət görülmür. Göbələk - zülalla zəngin olsa da, onu həzm etmək çətindir. Əgər uşağa verilərsə, yaxşı bişmiş olmalıdır və kiçik porsiyada verilməlidir. Amma əvvəlcə allergik reaksiya yoxlanılmalıdır. Yalnız market məhsulu kimi etibarlı mənbədən alınmış növlərdən olmalıdır. Marketdə satılan məhsullarda belə, istifadə müddətinə, qoxusuna və görünüşünə diqqət yetirmək vacibdir. Meşədən yığılmış və ya yol kənarında satılan göbələklər isə heç vaxt riskə dəyməz.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 707   Tarix: 31 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi

Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala

27.09.2026 427
.

Sabunun məişətdə 10 faydalı istifadə üsulu

Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində

27.09.2026 216
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 213
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27.09.2026 239
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 200
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 159
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

24.09.2026 927
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 223
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

27.09.2026 284
.