Alimlər Marsı yaşıllaşdırmağa hazırlaşır
Marsın Yerə bənzər, yaşanabilir bir planetə çevrilməsi ideyası uzun illər elmi-fantastik romanların və filmlərin mövzusu kimi qəbul edilirdi. Lakin son dövrlərdə alimlər bu məsələyə real şəkildə diqqət yetirməyə başlayıblar.
BiG.AZ xəbər verir ki, "SpaceX" və digər kosmik şirkətlərin əsas məqsədi Marsa çatmaqdır və bu məqsəd yaxınlaşdıqca, Marsla bağlı müzakirələr də intensivləşir.
Texnologiyaların inkişafı və elmi tədqiqatların artması sayəsində Qırmızı planetin "terraform" olunması - yəni onun iqlimi və atmosferinin dəyişdirilməsi ideyası elmi dairələrdə getdikcə daha ciddi şəkildə müzakirə olunmağa başlayıb. "Pioneer Labs" şirkətinin baş direktoru Erika DeBenedictis də bu məqsəd uğrunda çalışan mütəxəssislərdəndir. DeBenedictis hesab edir ki, "SpaceX"in "Starship" kimi qabaqcıl kosmik vasitələri və sintetik biologiya sahəsindəki yeniliklər bu nəhəng layihənin bir gün gerçəyə çevriləcəyi ümidlərini artırır.
İddialı plan əsasən üç mərhələdən ibarətdir. İlk mərhələdə Marsın şaxtalı soyuq iqlimi istiləşdirilməli və atmosferinə istixana qazları əlavə olunaraq planetin daha mülayim hala gətirilməsi hədəflənir.
İkinci mərhələdə Yerdəki çətin şəraitə tab gətirə bilən ekstremofil mikroorqanizmlər Marsa daşınaraq, planetin bioloji transformasiyasına zəmin yaradılacaq. Son mərhələdə isə mürəkkəb bir biosfer yaradılaraq, bitki və heyvan həyatını dəstəkləyə biləcək ekosistem qurulması planlaşdırılır.
Lakin Marsın yaşanabilir hala gətirilməsi səyləri mühüm etik müzakirələri də gündəmə gətirir. Alimlər Marsın keçmişdə mövcud olmuş həyat formalarına dair sübutlar daşıya biləcəyindən və terraformasiya prosesinin bu sübutları məhv edə biləcəyindən narahatdırlar.
Digər tərəfdən isə bu layihənin Yer kürəsindəki ekoloji problemlərə qarşı bir "B planı" ola biləcəyi, kosmik araşdırmalar üçün baza rolunu oynaya biləcəyi və bəşəriyyətin kosmosdakı gələcəyi üçün mühüm bir addım təşkil edəcəyi də iddia olunur. Bu nəhəng transformasiyanın baş tutması üçün daha çox araşdırma, təcrübə və texnoloji yeniliklərin zəruri olduğu vurğulanır.(qaynarinfo)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 748 Tarix: 06 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
20.09.2026 335 Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20.09.2026 342 Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 240 Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 176 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 289 Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi
ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla
27.09.2026 160 Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın
27.09.2026 227 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 244 Bədənin əsl yaşı gözlərdə gizli imiş
Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl
26.09.2026 171