Uçuşdan əvvəl hansı qidaları yemək OLMAZ
Uzun məsafəli uçuşlar ən yaxşı şəraitdə belə nadir hallarda tam komfortlu olur. Lakin uçuşdan əvvəl yanlış qida seçimi narahat səfəri tam bir sınağa çevirə bilər.
Lent.az bu qidaları təqdim edir:
Paxlalılar və kələmsəkillər
Bütün faydalarına baxmayaraq, brokkoli, kələm, mərcimək və noxud kimi məhsullardan uçuşdan bir neçə saat əvvəl uzaq durmaq tövsiyə olunur. Bu məhsullar qaz əmələ gətirir və hündürlükdə bu, qarında şişkinlik və ağrılara səbəb ola bilər.
Uçuş zamanı mayalanma prosesi daha da sürətlənir və narahatlıq artır. Bu qidalar faydalıdır, amma onları enişdən sonra yemək daha məqsədəuyğundur.
Duzlu qəlyanaltılar
Çipslər, hisə verilmiş məhsullar, duzlu qoz-fındıq və ya duzlu hazır yeməklər bədəndə maye saxlanmasına səbəb olur. Kabinədəki quru hava ilə birlikdə bu, orqanizmdə susuzluq, yorğunluq və şişkinlik yaradır.
Belə yeməklər ağırlıq, süstlük və hətta baş ağrısına səbəb ola bilər. Daha yaxşı olar ki, duzsuz və yüngül qəlyanaltılar seçəsiniz.
Qazlı içkilər
Qazlı sular - hətta adi, güclü qazlı su belə - şişkinliyə səbəb ola bilər. Çünki uçuş zamanı qaz qabarcıqları genişlənir. Bu, mədədə təzyiq və ya meteorizm (qaz yığılması) yarada bilər.
Hündürlükdə bu narahatlıq daha da artır və az miqdarda içki belə xoşagəlməz təsir göstərə bilər. Qazsız suya və ya bitki çayına üstünlük vermək məsləhətdir.
Saqqız
Bir çoxları qalxış zamanı qulaqlardakı təzyiqi bərabərləşdirmək üçün saqqız çeynəyir. Amma hər çeynəmədə bilmədən hava udulur, bu da yenə şişkinliyə səbəb olur. Çox və ya uzun müddət saqqız çeynəmək qarında dolğunluq hissi yaradır. Üstəlik, saqqızların tərkibindəki bəzi şirinləşdiricilər də mədəni qıcıqlandıra bilər.
Alkoqol
Alkoqol susuzlaşdırmanı artırır, bu da uçuş şəraitində daha da güclənir. Hətta kiçik doza belə baş ağrısı, şişkinlik və zəif yuxu keyfiyyətinə səbəb ola bilər.
Kompleks karbohidratlar
Alma, armud, ərik, həmçinin paxlalılar və buğda mürəkkəb karbohidratlar ehtiva edir ki, bunlar həzm olunması çətin maddələrdir. Uçuş zamanı bunlar şişkinlik, spazm və ya ishala səbəb ola bilər. Xüsusilə həssas insanlar buna diqqət etməlidir. Daha neytral qida seçmək məsləhətdir — məsələn, banan və ya naringi mədəyə daha yüngüldür.
Qızardılmış və yağlı qidalar
Fəst-fud, ponçik, yağlı və ya donuz ətindən hazırlanmış bulka - bütün bunlar uzun müddət həzm olunur, ağırlıq və yanğıya səbəb olur. Uçuş zamanı maddələr mübadiləsi yavaşlayır və orqanizm su itirir - belə qidalar vəziyyəti daha da çətinləşdirir. Tez-tez belə yeməklərdən sonra təyyarədə ürəkbulanma və ya meteorizm başlayır. Daha yaxşısı, qızardılmamış və az yağlı yüngül qida seçməkdir.
Bəs uçuşdan əvvəl nə yemək olar?
Ən yaxşısı - yüngül və balanslaşdırılmış nahar: məsələn, qaynadılmış yumurta ilə tərəvəz, toyuq əti ilə düyü, kinoa və ya tam taxıllı çörəklə salat. Meyvələrdən - banan, portağal və ya giləmeyvə qarışığı. Ən vacibi isə: uçuşdan əvvəl, uçuş zamanı və sonrasında bol qazsız su içmək. Həmçinin, uçuş zamanı kabinədə bir az hərəkət etmək həzm sisteminin normal işləməsinə kömək edər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 924 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 492 Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər
İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy
14.11.2026 258 Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində
14.11.2026 287 Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı
Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus
14.11.2026 350 Masaj hansı problemlər zamanı tətbiq edilir?
Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə
11.11.2026 312 2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı
Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə
14.11.2026 308 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 496 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
11.11.2026 1302 Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir
Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl
16.11.2026 537