240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi? 240 Nömrəli məktəbdə nələr baş verir?
XALQ məlumat verir ki, Bakının 240 nömrəli tam orta məktəbində qeyri-qanuni fəaliyyət və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı redaksiyamıza ciddi iddialar daxil olub.
İddialara görə, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur. Qeyd edək ki, normativlərə əsasən, məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır.
Xüsusilə, Arifə Məmmədovanın məktəbdəki mövqeyindən istifadə edərək tədris prosesini sabotaj etdiyi və şəxsi işlərini məktəb işçilərinə gördürdüyü iddia olunur. Əldə edilən görüntülərdən görünür ki, tədris yükünü laboratoriyalara və digər müəllimlərə ötürərək dərslərdən yayınır, məktəbin əməkdaşlarını isə şəxsi maraqları naminə işlədirdi.
Bundan başqa, Arifə Məmmədovanın keçmiş iş yeri olan Şəmkir rayonunda da şübhəli fəaliyyətlərlə məşğul olduğu bildirilir. İddialara görə, o, 6 nəfərdən 2500-3000 manat məbləğində rüşvət alaraq onları məktəbə süpürgəçi kimi işə düzəldəcəyinə dair vədlər verib, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk edib. Pulunu tələb edən şəxslərə isə "hazırda yoxdur, qaytaracağam" deyə aylardır süründürmə verir.
Ən diqqət çəkən məqam isə iddialara görə Esmira Məmmədovanın yaxın çevrəsinə verdiyi qalmaqallı açıqlamalardır. Belə ki, o, guya mətbuatda yayılan məlumatlara əhəmiyyət vermədiyini bildirərək, "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var – verirsən, işin həll olunur" kimi ifadələr işlədib.
Qeyd edək ki, məktəbin direktoru Esmira Məmmədova 1957-ci il təvəllüdlüdür amma nədənsə təqaüdə göndərilməyib. Bu məsələ isə isə digər mövzünun araşdırmasıdır.
Sual Açıq Qalır: "İctimaiyyətin gözü qarşısında baş verən bu qanunsuzluqlara "dur" deyəcək məmur tapılacaqmı?"
Yazıda adları çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1593 Tarix: 25 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
15:30 98 Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
00:38 333 "Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"
16:40 0 Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
00:19 277 ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak
15:40 88 "Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
16:30 0 65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
00:11 255 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud
10:45 145 Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir
14:50 115