Azərbaycanlı qardaşlar Rusiya vətəndaşlığından məhrum edildi
Gürcüstanda doğulan və etnik azərbaycanlı olan 36 yaşlı Əliyev Sahil Balam oğlu və onun 38 yaşlı qardaşı Elvir vaxtilə Rusiya vətəndaşlığı alıblar.
Lent.az-ın Rusiya KİV-nə istinadla xəbərinə görə, qardaşlar Kaluqa vilayətinin Babınino kəndində uzun müddət gərgin vəziyyət yaradıb.
Bildirilir ki, Əliyevlər müxtəlif ağırlıqdakı cinayətlərə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb ediliblər: döyülmə, sənədlərin saxtalaşdırılması və əcnəbilərin qondarma qeydiyyatı. Üstəlik, qardaşlar Rusiyada qadağan edilmiş "AUE" hərəkatının - kriminal dünya dəyərlərinin gənclər arasında yayılması ideologiyasını qəbul edərək onu yerli gənclər arasında fəal şəkildə təbliğ ediblər.
Bundan başqa, iddialara görə, azərbaycanlı qardaşlar Rusiyada qadağan olunmuş cinayətkar hərəkatları dəstəkləyib, həmçinin azərbaycanlı etnik qrupun üstünlüyü ideyalarını təbliğ edib, gəncləri rusdilli əhaliyə qarşı yönəldiriblər.
Bundan əlavə, daha bir iddiaya görə, Elvir və Sahil yerli əhaliyə qarşı iyrənc münasibətlərini gizlətməyib, aqressiv məqsədlərini və Rusiyada etnik anklavlar yaratdıqlarını açıq şəkildə bəyan ediblər. Onların Ukraynadakı müharibə ilə bağlı rüsvayçı bəyanatları ağılın bütün sərhədlərini aşıb: Əliyevlər rus əsgərlərinin ölümünü dəstəkləyib, onların həlak olan həmvətənlərini ələ salıblar.
Çoxsaylı şikayətlərə və cinayət işlərinə baxmayaraq, qardaşlar uzun müddət ciddi cəzadan yayına biliblər. Guya Əliyevlər onların qanunsuz fəaliyyətlərini işıqlandıran jurnalistlərə qarşı iddialar irəli sürüblər.
Məlumatda qeyd edilir ki, azərbaycanlı qardaşlar məhz bu səbəblərə görə Rusiya vətəndaşlığından məhrum ediliblər.
Hazırda Elvir və Sahil hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onlara müəyyən müddət ərzində Rusiyanı tərk etmək əmri verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1001 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İran əleyhinə yeni sanksiyalar tətbiq etdi
ABŞ tanınmış iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli olduğu iddia edilən 50-dən çox şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu sanksiyalar ikili Rusiya-İran vətəndaşlığına malik iş adamı Əli Rəhbərmədanin
15.07.2026 148 Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir
Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməs
15.07.2026 289 Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər
15.07.2026 166 Donald Tramp: "Biz onların bütün elektrik stansiyalarını sıradan çıxaracağıq"
Tramp Tehran danışıqlar aparmazsa, İran infrastrukturuna zərbə vurmaqla bağlı əvvəlki təhdidini yenidən təkrarlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə deyib: "Enerji hədəflərini sona saxlayacağam, amma sonda enerji hədəflərinə çatacağıq"
15.07.2026 200 Bu ölkənin prezidenti evsiz qaldı
Cənubi Koreya prezidenti Li Ce Men özünə məxsus yeganə mənzili satıb. xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini hələ fevral ayında satışa çıxarıb. Məqsəd hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində həyat
15.07.2026 215 Azərbaycanda "Temu" sahibi barəsində iş qaldırılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Dövlət Agentliyinin açıqladığı "2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabə
15.07.2026 193 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanları
15.07.2026 126 Ebola epidemiyası ilə bağlı qorxulu AÇIQLAMA
Ebola qızdırmasının yayılmasının qarşısını almaq getdikcə çətinləşir. Bu barədə beynəlxalq humanitar təşkilat olan "Sərhədsiz həkimlər" açıqlama verib. xarici mediaya istinadla xəbər verir ki, virusa yoluxanların sayı sürətlə artır və bu səbəbdən vəziyyəti nəzarət altında saxlamaq getdikc
15.07.2026 190 "Kompleksim olsaydı, bu reklama çəkilməzdim"
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is
15.07.2026 380