Paşinyanın mətbuat katibi Ermənistanda Fransanın nüvə tullantılarının saxlanması barədə məlumatı təkzib edib
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Fransanın dövlət nüvə şirkəti "Orano"nun Ermənistana işlənmiş nüvə yanacağını gizli şəkildə daşımağa başlaması barədə yayılan məlumatı təkzib edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, bu məlumatın yayılması Ermənistanın beynəlxalq nüfuzunu zədələmək və ölkənin Fransa ilə əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır.
N.Baqdasaryanın fikrincə, Ermənistanın siyasətinə və onun proqramlarının həyata keçirilməsinə mane olan "bəzi mərkəzlər" mövcuddur.
Qeyd edək ki, "courrierfrance24.fr" nəşrinin məlumatına görə, bu planın həyata keçirilməsi Ermənistan baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə səfərindən bir neçə həftə sonra başlayıb. Orada Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və yüksək rütbəli enerji rəsmiləri ilə görüşüb. Nəticədə yüklər Ermənistanın ekoloji cəhətdən ən həssas bölgələrindən biri olan, UNESCO tərəfindən qorunan milli parkın ərazisində yerləşən Dilican qoruğuna göndərilib.
Fransadan skandallı tədarüklər baş nazir Nikol Paşinyanın mülki həyat yoldaşı Anna Akopyanın icraçı direktoru olduğu "Mənim addımım" fonduna bir sıra "xeyriyyə" ianələrindən sonra başlayıb. "Courrier France 24"ün məlumatına görə, 2025-ci ilin aprel və may aylarında "Mənim addımım" xeyriyyə fondu əvvəllər heç vaxt xeyriyyəçiliklə məşğul olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 444 Tarix: 28 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir ölkə sosial şəbəkələrə girişi məhdudlaşdırdı
Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır. xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları "cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır"
29.03.2026 229 Rasim Balayevin cənazəsi gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək - VİDEO+YENİLƏNİB
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq. xəbər verir ki, cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir
29.03.2026 1154 Suriya hava məkanını bağladı
Suriya hökuməti mülki aviasiya nəzarət orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün hava məkanını bağlayıb. bildirir ki, bu barədə TASS agentliyinə "Dəməşq" uçuş məlumat zonasının dispetçer xidmətindəki mənbə məlumat verib. "Ölkənin hava məkan
29.03.2026 199 Pedro Sançes: Yaxın Şərqdəki vəziyyət ərzaq böhranı təhlükəsi yaradır
ABŞ və İsrailin İrana qarşı əməliyyatı yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb və mümkün ərzaq böhranı təhlükəsi yaradır. "Report" xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes lideri olduğu Sosialist Fəhlə Partiyasının tərəfdarlarına ünvanladığı məktubda bildirib. "So
29.03.2026 187 Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib
"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da
29.03.2026 202 Yaponiya ordusu informasiya müharibəsi üçün xüsusi bölmələr yaradıb
Yaponiya Silahlı Qüvvələrində informasiya müharibəsi aparmaq üçün məsul olan xüsusi qüvvələr yaradılıb. "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, yeni strukturlar ölkənin dəniz və quru qüvvələri daxilində yaradılıb. Onların əsas vəzifələri kibertəhlükəsizliyi təmin etmə
29.03.2026 178 Çində yığılmış yarım milyon "Toyota" geri çağırılacaq: Ciddi qüsur aşkarlandı
"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq. xəbər verir ki, araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb. Məlumata görə, oturacaqları
29.03.2026 185 Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək
Xalq artisti Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır. Axşam.az xəbər verir ki, bununla bağlı APA-ya Baş Konsulluqdan məlumat verilib. Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Aktyorla vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməs
29.03.2026 327 Sorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29.03.2026 146