Deputat: "Rusiya göstərir ki, hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilməyib"

Deputat: "Rusiya göstərir ki, hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilməyib""Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi, soydaşlarımızın öldürülməsi və bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanması heç bir halda cinayətkatlıqla mübarizə hesab oluna bilməz, əksinə, bu əməllər özü dövlət strukturları tərəfindən törədilən cinayətdir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Rusiya güc strukturlarının gecə vaxtı dinc insanları evindən aparıb öldürməsi, yaralaması 5 il əvvəl Ermənistanın gecə Gəncədə mülki sakinlərin yaşadığı binanı raket atəşinə tutması ilə mahiyyətcə eyni məzmuna gəlir:

"Bununla Rusiya göstərir ki, hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilməyib və təəssüf ki, hələ də terrorla cəmiyyətlər üzərində nüfuz qura biləcəyini düşünür".

"Məlumdur ki, Azərbaycan Respublikası başqa dövlətlərlə olduğu kimi Rusiya ilə də münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağa çalışıb və ümumbəşəri dəyərlərə sadiq olaraq Rusiya ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu edib. Məhz bu niyyətə sadiq qalaraq Bakı çoxsaylı maraqlı tərəflərin olmasına baxmayaraq ən çətin dövrlərini yaşayan Rusiya əleyhinə hər hansı prosesdə iştirak etməyib, ərazilərimizdən şimal qonşumuz əleyhinə istifadə edilməsinə imkan verməyib. Lakin qeyd edilənlər fonunda Rusiyanın davamlı şəkildə qonşuluq və dostluq münasibətlərinin ruhuna zidd davranması başadüşülən deyil və Moskva əmin ola bilər ki, bu cür barbar davranışla ən azı Cənubi Qafqazda öz maraqlarına zərbə vurur", - deputat vurğulayıb.

Onun sözlərinə görə, şimal qonşumuz bu cür barbar davranışı ilə özünün beynəlxalq öhdəliklərinə sadiq olmadığını göstərir:

"Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə əsasən, Moskva iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliyini ifadə edib, Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməyi, eyni zamanda Bəyannamənin 40-cı maddəsində milli qanunvericilik çərçivəsində iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacağını öhdəsinə götürüb. Hətta sənəddə ifadə olunur ki, hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədilə iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmi yaradılır. Belə bir məqamda sual meydana çıxır, bu kimi öhdəliklərin, o cümlədən məsləhətləşmə mexanizminin mövcudluğu şəraitində Rusiya güc strukturlarının quldurcasına davranışının təməlində nə dayanır, yaxud Azərbaycan nə zaman Rusiya üçün müzakirə pəncərəsini bağlayıb?".

"Biz həmişə dialoq üçün hazır olmuşuq və indiki məqamda Rusiyanın əgər "mövzusu" varsa, müzakirəyə yox, qaba üsula əl atması sadəcə dərin təəssüf doğurur. Baxmayaraq ki, hazırda dünyada təkləndiyi bir situasiyada Rusiya tərəfi Cənubi Qafqazda özünün maraqlarını dövlət gücünü cılız məqsədlərə alət etməklə yox, yalnız praqmatik siyasət yürütməklə təmin edə bilər", -parlamentari fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumat

11:21 159
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10.10.2026 201
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10.10.2026 239
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10.10.2026 187
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10:30 170
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 207
.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

11:00 147
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 344
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 237
.