Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BiG.AZ-ın Report-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Elariz Məmmədoğlunun qızı Günel Alışan şahid qismində ifadə verib.
O, deyib ki, 9 aprel 2024-cü ildə həyat yoldaşı ilə əlaqəsi kəsilib:
"Həmin vaxt mesaj yazdım cavab gəlmədi, narahat oldum. Aprelin 10-da polisə məlumat verdim, dərhal bu işlə məşğul oldular və mənimlə əlaqə saxladılar. Polis bölməsinə gedib ərizə yazdım. Araşdırma zamanı məlum oldu ki, son dəfə Mətbuat prospektində Babək bəylə görüşüb. Aprelin 11-də mənə zəng elədi. Dedi ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Vəkil axtarmağa başladım, sonra Nizami mənə zəng edib dedi ki, vəkildən imtina edim. Danışanda səsi titrəyirdi, sanki, nədənsə qorxurdu. Daha sonra başqa bir adam telefonu aldı. Məndən idarəyə gəlməyimi istədi, aprelin 16-da sözügedən idarəyə getdim. Dedilər ki, vəkildən imtina elə, mən də dedikləri kimi etdim. Vəkildən imtina edəndən sonra dövlət hesabına vəkillə təmin etdilər".
Digər şahid Rövşən Dadaşov Tağı oğlu hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. O, 2002-2022-ci illərdə treninqlər üzrə konsultant vəzifəsində İnvest.az-da çalışıb:
"Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra N.Alışan özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. Öz analizlərini aparıb və maliyyə bazarına çıxıb. Bu sahə dedikdə maliyyə bazarlarında birjalar, yatırımlar edərək ticarətlə məşğul olmağı nəzərdə tuturam. Bizim onunla müntəzəm əlaqəmiz olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm. İnvest.az-ın öncəki adı Forex olub. Ona görə hesaba Forex hesabı deyirlər. Digər proseslərdən xəbərim olmayıb".
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 806 Tarix: 30 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib
11:26 191 Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir
14:50 131 Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
00:19 279 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
16:00 123 ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak
15:40 140 Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind
13:50 157 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud
10:45 147 Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
00:13 248 Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"
"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl
11:00 162