"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər Moskvanın dayanmaq niyyətində olmadığını nümayiş etdirir" - Bəhruz Məhərrəmov

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər Moskvanın dayanmaq niyyətində olmadığını nümayiş etdirir" - Bəhruz Məhərrəmovİyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər isə Moskvanın dayanmaq niyyətində olmadığını nümayiş etdirir. Görünür, ənənəvi şəkildə beynəlxalq öhdəliklərinə sadiq olmayan Rusiya özünün digər bəzi ölkələrdəki təcrübəsinə əsaslanaraq Azərbaycanla özünün diktə etdiyi dialoq mühitini yaratmaq xülyasına düşüb və aralarında elə Rusiyanın öz vətəndaşları da olan soydaşlarımıza qarşı bu cinayətlərlə, habelə Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxsləri aktivləşdirərək Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsinə dəstək verməklə, Cənubi Qafqazı yenidən müharibə arenasına çevirərək özü üçün "münbit mühit" yaratmağa çalışır:

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə qəbuledilməz zorakılıla müşayət olunan basqını, nəticədə həmvətənlərimizin həlak edilməsi, bəzilərinin ciddi bədən xəsarətləri nəticəsində ağır yaralanması, habelə soydaşlarımızın heç bir hüquqi prosedur gözlənilmədən saxlanması bu ölkədə yuxarıdan idarə olunan və dövlət siyasətinə çevrilmiş şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir. Görünən odur ki, ötən iki əsrlik period ərzində olduğu kimi, son dövrlər də Rusiyanın zaman-zaman öz imzasına hörmət etməyən öhdəliklərini, hüququ, o cümlədən beynəlxalq hüququ heçə sayan subyekt kimi davrandığına şahidlik etməkdəyik.
Kremlin nəzarətində olan media resurslarının, o cümlədən dövlətin ruporları kimi çıxış edən siyasətçilərin zamanla Azərbaycan əleyhinə sərt ritorikaya baş vurması, bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı arxasında Rusiyanın dayandığı kiberhücum təşkil olunması, daha aydın desək, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının hesabatında da ifadə olunduğu kimi media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar bunun əyani sübutudur. Eyni zamanda Azərbaycanın mülki təyyarəsinin vurulması və Rusiyanın bu məsələdə günahkarların cəzalandırılmamasına, müvafiq kompensasiyaların ödənilməməsində ehtiva olunan qəsdən hərəkətsizliyi bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin inkişaf tendensiyasının göstəricisi kimi çıxış etməkdə idi. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər isə Moskvanın dayanmaq niyyətində olmadığını nümayiş etdirir. Görünür, ənənəvi şəkildə beynəlxalq öhdəliklərinə sadiq olmayan Rusiya özünün digər bəzi ölkələrdəki təcrübəsinə əsaslanaraq Azərbaycanla özünün diktə etdiyi dialoq mühitini yaratmaq xülyasına düşüb və aralarında elə Rusiyanın öz vətəndaşları da olan soydaşlarımıza qarşı bu cinayətlərlə, habelə Koçaryan,Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxsləri aktivləşdirərək Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsinə dəstək verməklə, Cənubi Qafqazı yenidən müharibə arenasına çevirərək özü üçün "münbit mühit" yaratmağa çalışır.Üstəlik, əgər əvvəlki dövrlərdə Rusiya tərəfi şovinist, diskriminasiya və islamofob siyasətini müəyyən formalarda pərdələyərək dövlət siyasəti olmadığını iddia edirdisə, bu gün artıq Rusiyanın hüquq mühafizə orqanları pərdələnməyə ehtiyac duymayaraq cinayətləri daha qəddar və açıq formada həyata keçirirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 667   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 517
.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

11:00 162
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 250
.

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"

16:20 116
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

16:00 123
.

ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak

15:40 140
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç

00:41 372
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11:26 191
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

14:30 145
.