Ətdən imtinanın xeyri və faydası - infarkt "cavanlaşır"

Ətdən imtinanın xeyri və faydası - infarkt "cavanlaşır"Diyetoloq deyir ki, yağlı ətlər ürək-damar xəstəlikləri riskini artırır
Məlum olduğu kimi, son onilliklərdə heyvan mənşəli qidalardan (ət, süd, pendir, yağ və s.) imtina edənlərin sayı bütün dünyada olduğu kimi ölkəmizdə də artmaqdadır. Sırf ət və ət məhsullarından istifadə etməyənlər isə daha çoxdur.

Dövri mətbuatda və sosial şəbəkələrdə də vegetarianlıq və veqanlıq çox təbliğ olunur.

Bəs mütəxəssislər nə deyirlər? Uzun və sağlam ömür yaşamaq üçün vegetarianlıq şərtdirmi? Uzun müddət ətli qidalar qəbul etməmək insan orqanizmində hansı dəyişikliklər yarada bilər? Bunun mənfi və müsbət tərəfləri nədir?

Ət yüksək keyfiyyətli zülal mənbəyidir və insan bədəninin toxuma və hüceyrələrinin yenilənməsi, əzələlərin formalaşması üçün əvəzsizdir. Həmçinin ətin tərkibində orqanizm üçün həyati önəm daşıyan dəmir, sink, B qrupu vitaminləri (xüsusilə B12 vitamini) və digər minerallar vardır. Bu maddələrdən biri dəmirdir. Dəmir qan azlığı (anemiya) ilə mübarizədə əsas rol oynayır. Həmçinin dəmir orqanizmin oksigen daşıma qabiliyyətini artırır, enerji səviyyəsini yüksəldir.

Ətin tərkibində B12 vitamini də var ki, bu da sinir sistemi və beyin funksiyalarının sağlamlığında, qan hüceyrələrinin formalaşmasında əhəmiyyətlidir.

Həmçinin zülal var və bu, hüceyrələrin yenilənməsi, immunitet sisteminin güclənməsi və bədən funksiyalarının qorunması üçün vacibdir. Bir çox qida ekspertləri qeyd edir ki, xüsusilə dəmir çatışmazlığı və anemiya problemi ilə üzləşən insanların ətin pəhrizində olması çox önəmlidir. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün ətin zülal və dəmir baxımından təminatı vacibdir.

Heç bir yalançı pəhriz ilə insan arıqlamır" - Ləman Süleymanova

Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan həkim-diyetoloq Ləman Süleymanova bildirib ki, ət məhsullarının qəbulu zaman mövsümi fərqlər mütləq nəzərə alınmalıdır: "Məsələn, dana və quzu əti daha ağır məhsul sayılır və əsasən payız-qış aylarında orqanizm tərəfindən daha rahat mənimsənilir. Bu dövrdə immun sistemini gücləndirmək, soyuq havanın yaratdığı risklərdən qorunmaq üçün proteinə və enerjiyə daha çox ehtiyac olur. Ət isə bu ehtiyacı ödəyən başlıca qidalardan biridir".

L.Süleymanovanın sözlərinə görə, ət məhsulları təkcə heyvan növünə görə deyil, eyni zamanda həzmə təsirinə görə də iki kateqoriyaya ayrılır: "Ağır ətlər - dana, quzu kimi qırmızı ətlər bu kateqoriyaya daxildir. Yüngül ətlər - balıq, dəniz məhsulları və toyuq əti isə daha tez həzm olunur və xüsusilə yay aylarında orqanizm üçün daha uyğundur. Ağır ət məhsulları tərkibində yüksək keyfiyyətli zülallarla yanaşı, insan orqanizmində mühüm fizioloji prosesləri dəstəkləyən maddələrlə, xüsusən də ətə qırmızı rəng verən nitrat və nitrit birləşmələri ilə zəngindir. Eyni zamanda dəmirin ən yaxşı mənbəyi məhz qırmızı ətdir. Bu, qan əmələgəlməyə və əzələ sisteminin normal işləməsinə böyük töhfə verir.

Son illərdə bütün dünyada, o cümlədən Azərbaycanda vegetarian qidalanma tərzinə maraq artmaqdadır. Vegetarianların bir neçə növü var. Ətdən tamamilə imtina edənlər, eləcə də süd, yumurta qəbul edən lakto-ovo vegetarianlar. Əgər qidalanmada süd və yumurta yer alırsa, bu zaman bəzi risklər qismən azalır. Lakin ümumiyyətlə, ət məhsullarından imtina uzunmüddətli perspektivdə anemiya (qan azlığı), əzələ zəifliyi və həyat keyfiyyətində azalma ilə nəticələnə bilər. Təəssüf ki, bəzi hallarda yüksək statuslu şəxslər vegetarianlığa keçdikdən sonra iş fəaliyyətlərinin zəiflədiyi, enerjisizlik və psixoloji durğunluq yaşadıqları müşahidə olunur".

Həkim son zamanlar ölkədə ət məhsullarının istehlakında azalma tendensiyasının səbəblərinə də toxunub. Onun fikrincə, bu vəziyyət birbaşa olaraq geniş yayılan xroniki xəstəliklərlə bağlıdır: "Artıq Azərbaycanda ürək-damar, şəkər və piylənmə ilə bağlı xəstəliklərə daha gənc yaşlarda rast gəlinir. Əvvəllər bu problemlər 40 yaşdan sonra yaranırdısa, indi 28-30 yaşlı gənclər də bu xəstəliklərdən əziyyət çəkir. Gənc yaşda stend qoyulan insanların sayı artır. Bu isə birbaşa düzgün qidalanmamanın nəticəsidir. Yağlı ətlərin, xüsusilə qoyun ətinin yüksək doymuş yağ və xolesterin tərkibinə görə ürək-damar xəstəlikləri riskini artırır. Belə məhsulların çoxluqla istifadəsi yüksək qan təzyiqinə, qaraciyər piylənməsinə, mədəaltı vəzin fəaliyyətində pozuntulara və insulin səviyyəsinin artmasına səbəb ola bilər.

Əgər insanın genetik olaraq bu tip xəstəliklərə meyli varsa, qırmızı ətə, xüsusilə qoyun ətinə ehtiyatla yanaşmalıdır. Dana əti nisbətən yüngüldür, lakin yenə də ağır ətlər siyahısına daxildir. Biz mütəxəssislər belə insanlara əsasən balıq və quş əti - toyuq və hinduşka kimi məhsulların istehlakını tövsiyə edirik".

L.Süleymanova qeyd edir ki, ət məhsullarını tamamilə rasiondan çıxarmaq doğru yanaşma deyil. Əsas olan balansı qorumaq, qida çeşidini orqanizmin ehtiyaclarına uyğun seçməkdir: "Həftədə 1-2 dəfə günorta saatlarında ağır ət məhsullarından istifadə etmək olar. Amma bu istifadənin fasilələrlə və ölçülü şəkildə olması vacibdir. Digər günlərdə isə yüngül ətlərə, xüsusilə də dəniz məhsulları və quş ətinə üstünlük verilməlidir. Eyni zamanda axşam saatlarında ağır ətlərin qəbulu məsləhət görülmür, çünki bu, həzm sisteminə əlavə yük yaradır. Hər kəsə tövsiyəm odur ki, sağlamlıq naminə ət məhsullarını düzgün, mütənasib və düşünülmüş şəkildə qəbul etsinlər".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1476   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 227
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 274
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 450
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 233
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2420
.

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi

Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri

11.09.2026 392
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 414
.

Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?

Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər

11.09.2026 383
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 299
.