Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələriEvlilik planlayan cütlüklər arasında belə bir inanc var: toy etdiyin ay gələcək ailə həyatının necə keçəcəyinə təsir edir. Hətta batil inanclara çox da inanmayan insanlar belə, toy tarixini seçərkən "uğursuz dövrə düşməsin" deyə diqqətli davranırlar.

Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır?

Lent.az mövzu ilə əlaqədar xarici mediaya istinadən məlumat verir.

Yanvar – Ziddiyyətlər içində birlik

Yanvarda qurulan ailələr tez-tez xarakter qarşıdurmaları ilə üzləşə bilər. Xalq arasında deyilir: "Yanvarda evlənənlər tez soyuyar." Lakin bu, o demək deyil ki, belə ailələr dağılır. Əksinə, yanvar nikahı güclü, müstəqil və məqsədyönlü insanların birliyidir. Romantika bir qədər kölgədə qalsa da, dəstək və qarşılıqlı hörmət ön plandadır. Qədim inanclarda yanvarda evlənmək erkən dul qalmaq təhlükəsi ilə əlaqələndirilirdi.

Fevral – Ehtiras və sınaqlar

Fevral ayı riskləri sevən cütlüklər üçündür. Bu ayda qurulan ailələr ehtiraslı, lakin çətinlikli münasibətlərlə xarakterizə olunur. Deyirlər: "Fevral cütlüyü – alovla buz kimidir." Bu ailələr çox sınaqdan keçsə də, çətin zamanlarda bir-birinə arxa durmaq gücünə sahib olurlar. Soyuq ay – isti hisslər: qədimlər bu nikahın uzunömürlü olacağına inanırdılar.

Mart – Ayrılıqlarla müşayiət olunan həyat

Mart ayında toy edənlər üçün belə bir deyim var: "Mart nikahı – ayrılıq gətirər." Bu, fiziki ayrılıq mənasındadır. Məsələn, tərəflərdən biri xaricə işləməyə və ya təhsil almağa gedə bilər. Mart nikahı tez-tez fərqli ölkələrdən olan insanların birliyi ilə nəticələnir. Xaricdə həyat, fərqli mədəniyyətlər və uzun məsafələr bu evliliyin siması ola bilər.

Aprel – Dəyişkənlik və ehtiras

"Aprel toyu – bir gün günəş, bir gün leysan" – bu deyim apreldə qurulan nikahların dəyişkən xarakterinə işarədir. Belə ailələrdə emosional və maddi sabitlik dalğalı ola bilər. Lakin birlikdə gülməyi bacaran cütlüklər hər çətinliyi aşar.
Bu evlilikdə sükunət az, hisslər isə çoxdur.

May – Ənənəvi olaraq uğursuz ay sayılır

Ən məşhur inanclardan biri budur: "Mayda evlənən, bütün ömrü boyu əziyyət çəkər." Bu inanc həm kilsə qadağaları, həm də ayın energetikası ilə əlaqələndirilir. Lakin müasir dövrdə uğur – ayda yox, tərəflərin uyğunluğundadır.

İyun – Harmoniya və sabitlik

İyun ayında toy etmək uğurlu sayılır. Təbii çiçəklənmə dövrü olduğuna görə, bu ayda qurulan ailələr harmonik, sabit və firavan olur. Amma bəzən bu münasibətlərdə ehtiras azlıq edə bilər. İyun nikahı – rahat və davamlı həyatın təməlidir.

İyul – Ailə güzgüsü

"İyul nikahı – güzgü kimidir: nə verərsən, onu alarsan." Bu deyim belə izah olunur: tərəflərdən biri soyuq və dürüstsüz olsa, digəri də eyni davranışı sərgiləyəcək. Əgər qarşılıqlı hörmət və sevgi varsa – bu evlilik çox uzunömürlü olacaq.

Avqust – Güclü liderlərin ittifaqı

Avqust ayında evlənənlər adətən enerjili, temperamentli və iddialı şəxslərdir. Bu cütlüklər tez-tez mübahisə etsələr də, birlikdə biznes qurmaq və uğur qazanmaq potensialları yüksəkdir. Avqust nikahı – ehtiraslı, dinamik və güclü ailə həyatı deməkdir.

Sentyabr – Qızıl nikahın zəmanəti

"Sentyabrda evlənən, birlikdə qocalar." Bu ay sakitlik, düşünülmüş qərar və sabitlik simvoludur. Belə ailələr istənilən çətinlik qarşısında bir-birinə arxa durmağı bacarır. Sentyabr nikahı – uzunömürlü və möhkəm münasibətin başlanğıcıdır.

Oktyabr – Ağılla qurulan, amma emosional olmayan münasibət

Oktyabr nikahları planlı və rasional yanaşma ilə seçilir. Tərəflər ailə büdcəsini, gələcəklə bağlı planları əvvəlcədən müəyyən edirlər. Lakin emosional tərəf zəifləyə və münasibət vərdişə çevrilə bilər. Qədim inanclarda belə evliliklər mübahisə, anlaşılmazlıq və soyuqluqla müşayiət oluna bilərdi.

Noyabr – Maddi rifaha açılan yol

Noyabr nikahı maddi bolluq, biznes imkanları və birgə uğur vəd edir. Belə cütlüklər ev, maşın, biznes kimi maddi nailiyyətlər əldə edə bilər. Amma pul sevgidən üstün tutulmamalıdır.

Dekabr – Uğurlu və ilahi xeyir-dualı birlik

"Dekabr nikahı – Allahlı nikahdır." Ənənəvi inanclara görə, bu ayda evlənənlər xoşbəxt və sədaqətli ailə həyatı yaşayırlar. Bu münasibətlərdə sevgi, inam və qarşılıqlı qayğı ön plandadır. Dekabr nikahı – ilahi qoruma, səmimi və uzunömürlü birlik rəmzidir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 667   Tarix: 03 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15.11.2026 271
.

Ürək kolleksiyası ilə rekord qırdı

İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb. Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri v

14.11.2026 315
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15.11.2026 308
.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

13.11.2026 405
.

İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı

"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81

15.11.2026 384
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 258
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13.11.2026 492
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15.11.2026 446
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 513
.