Qaranlıqda gəzmək sağlamlıq üçün faydalıdır

Qaranlıqda gəzmək sağlamlıq üçün faydalıdırTəbiət təkcə gündüz deyil, gecə vaxtı da terapiya ola bilər. Qaranlıqda təbiətlə təmasda olmaq, ulduzları izləmək, ay işığında gəzmək və s. insanlarda bağlılıq və heyranlıq hissi oyadaraq psixi sağlamlığa müsbət təsir göstərir.

Son illər aparılan elmi araşdırmalar göstərir ki, günəş işığında vaxt keçirmək kimi, gecə saatlarında təbiətdə olmaq da insan sağlamlığına faydalıdır. Xüsusilə psixoloji rifah baxımından qaranlıqda təbiətlə təmas forması kimi qəbul edilən bu fəaliyyətlər ekoterapiya növü hesab olunur.

Elmi araşdırmalar nə deyir?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə aparılmış bir araşdırmada "Gecə Səması ilə Bağlılıq İndeksi" (NSCI) hazırlanıb. Tədqiqatçılar 406 iştirakçı arasında apardıqları sorğu nəticəsində müəyyən ediblər ki, gecə səması ilə yüksək səviyyədə emosional bağlılıq göstərən şəxslər daha yüksək psixi rifaha malikdirlər.

Digər bir araşdırma isə təbiətlə qurulan emosional əlaqənin insanların ümumi sağlamlıq və xoşbəxtlik səviyyəsini artırdığını göstərir. 2022-ci ilin tədqiqat xülasəsində qeyd olunur ki, ulduzlu səmanı izləyərkən yaranan heyranlıq hissi aşağıdakı faydaları təmin edə bilər:

Emosional, sosial və psixoloji rifahı yaxşılaşdırır, stress, depressiya və posttravmatik stres pozuntusu səviyyəsini azaldır, fiziki sağlamlığı dəstəkləyir, avtoimmun xəstəliklərin simptomlarını azaldır, ürək sağlamlığını gücləndirir, ömür uzunluğunu artıra bilər.

2018-ci ildəki bir araşdırma isə göstərir ki, təbiətdə vaxt keçirmiş universitet tələbələri daha yüksək rifah səviyyəsi nümayiş etdiriblər.

Gecə təbiətlə əlaqə: Hansı fəaliyyətlər faydaldır?

Ekoterapiya növü kimi qaranlıqda təbiətlə təmas qurmaq üçün bir sıra seçimlər mövcuddur:

Ulduzları izləmək, ay işığında gəzintiyə çıxmaq, təhlükəsiz ərazilərdə od qalamaq

Tədqiqatçılar bildirirlər ki, qaranlıqda təbiətdə olmaq da günəş işığında vaxt keçirmək qədər faydalı ola bilər. Xüsusilə axşam yeməyindən sonra edilən qısa gəzintilər həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir edə bilər.

Təhlükəsizlik mütləqdir
Qaranlıqda təbiətdə vaxt keçirmək istəyən şəxslər üçün təhlükəsizlik qaydalarına əməl etmək olduqca vacibdir. Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edirlər:

Gecə gəzintilərində görünmək üçün işıqqaytarıcı geyimlər geyinmək, fənər və digər işıq mənbələri götürmək, od qalayarkən şəhər və ya park qaydaları ilə tanış olmaq.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 962   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.