Saç "yeyən" uşaqlar - Onları necə çəkindirməli?
Psixoloqdan bu xəstəliklə bağlı valideynlərə Xəbərdarlıq
Qax rayon sakini olan 9 yaşlı qız iyulun 30-da ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəbər verdiyimiz kimi, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədədə saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib. Azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyir. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.
Qeyd edək ki, bu, ilk belə hal da deyil. Bəs saç "yeyən" uşaqları bu vərdişdən necə çəkindirməli? Valideynlər daha çox nəyə diqqət etməlidir? Daha çox hansı yaşda bu patologiya özünü göstərir və niyə məhz qız uşaqları?
Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi dinləmək istəmirlər"
Psixoloq Azad İsazadə "Yeni Müsavat"a açıqlama verib ki, saç yemək davranışı (trixofagiya) yalnız uşaqlarda deyil, böyüklər arasında da müşahidə olunur. Onun dediyinə görə, bu hal xüsusilə qız uşaqları arasında daha çox yayılıb. "Saç yemək davranışı, bəzən saç yolmaq (trixotillomaniya) vərdişinin daha ağır və dərinləşmiş forması kimi meydana çıxır. Bu, sıradan bir vərdiş deyil, ciddi psixiatrik problemdir və mütləq mütəxəssis müdaxiləsi tələb olunur. Həm dərman müalicəsinə, həm də uzunmüddətli psixoloji terapiyaya ehtiyac duyulur. Bu davranış artıq diaqnoz səviyyəsində qəbul olunmalıdır və müalicə olunmalıdır", - deyə Azad İsazadə bildirib.
Psixoloqun sözlərinə görə, bu problemin yaranmasının səbəbləri müxtəlif ola bilər: "Bəzən uşağın psixoloji gərginlik, ailədaxili konflikt və ya emosional ehtiyaclara cavab tapa bilməməsi nəticəsində belə vərdişlər formalaşır. Müəyyən mərhələdən sonra bu davranış vərdişə çevrilir və davamlılıq qazanaraq asılılıq formasını alır. Biz çox zaman vərdişlərin bir qismini asılılıq kimi qəbul edirik. Saç yemək də bu baxımdan psixoloji asılılıqdır. Valideynlərin davranışı bu məsələdə olduqca önəmlidir. İlk mərhələdə valideynlər övladlarının davranışlarına diqqət etməli, onları müşahidə etməli və dəstək göstərməlidirlər. Təəssüf ki, çox hallarda bu hal gözardı edilir və nəticədə davranış psixi pozuntu səviyyəsinə qədər inkişaf edir. Bu nöqtədən sonra isə artıq peşəkar psixiatrik yardım qaçılmaz olur".
Psixoloq deyib ki, valideynlər bu tip davranışları yalnız tərbiyə və ya intizam problemi kimi deyil, eyni zamanda, bir siqnal - uşağın daxilindəki problemin göstəricisi kimi qəbul etməlidirlər: "Ola bilər ki, uşaq evdə və ya sosial mühitdə yaşadığı hər hansı bir problemi sözlə ifadə edə bilmir və nəticədə bu cür destruktiv vərdişlərə yönəlir. Ona görə də vaxtında diaqnostika və psixoloji müdaxilə çox önəmlidir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 645 Tarix: 09 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTurlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
23.06.2026 887 Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma
21.06.2026 395 "WhatsApp" naməlum nömrələrə mesaj göndərənlərə xəbərdarlıq ediləcək
"WhatsApp" istifadəçilər üçün dələduzluq cəhdlərindən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası hazırlayır. xəbər verir ki, yeni sistem sayəsində istifadəçilər telefon kitabçasında qeydə alınmayan nömrə ilə söhbətə başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi ilə qarşılaşacaqlar. Xəbərdarlı
28.06.2026 184 Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları
Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb
27.06.2026 177 Bu makiyaj səhvləri üzü daha yaşlı göstərir - Nələri dəyişmək lazımdır?
Kiçik makiyaj səhvləri zahiri görünüşü nəzərə çarpmadan dəyişə və insanı olduğundan daha yaşlı göstərə bilər. Hətta keyfiyyətli kosmetik vasitələrdən istifadə belə köhnəlmiş makiyaj üsulları tətbiq edildikdə istənilən nəticəni verməyə bilər. Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas proble
30.06.2026 154 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
25.06.2026 2976 Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər
28.06.2026 299 İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərin
21.06.2026 397 Bazardan alınan giləmeyvəni yumamış yeməyin - Görünməyən təhlükə
Yay mövsümü artıq qızğın çağını yaşayır. Bazar piştaxtaları təzə çiyələk, gilas, albalı, göyəm və digər giləmeyvələrlə doludur. Satıcılar isə məhsulun şirinliyinə əmin olmaq üçün alıcılara tez-tez "bir dənə dadmağı" deyə təklif edirlər. xəbər verir ki, ilk baxışdan zərərsiz görünən bu vərdi
21.06.2026 365