Kondisionerdən istifadə zamanı insanların buraxdığı əsas səhv

Kondisionerdən istifadə zamanı insanların buraxdığı əsas səhvYay istisində kondisioner, şübhəsiz ki, əsl xilas yoludur. Ancaq insanların çoxu bilmədən elə bir kritik səhv edir ki, bu, təkcə sağlamlığa zərər vermir, həm də cihazın effektivliyini xeyli azaldır.

BiG.AZ lent.az-a istinadən bildirir ki, bununla bağlı məlumatları təqdim edir:

Əsas səhv

Ən yayılmış səhv otaqda çox aşağı temperatur təyin etməkdir. İstilikdə çoxları kondisioneri 18-20°C-ə qoyur ki, otaq tez soyusun. Amma bu, küçə temperaturu ilə çox kəskin fərq yaradır və sağlamlıq üçün təhlükəlidir.

Bu səhv hansı risklər yaradır

Temperaturun qəfil dəyişməsi ürək-damar sisteminə əlavə yük yaradır. İstidən sonra soyuq havaya keçid damar spazmı riskini artırır. Soyuqlama nəticəsində soyuqdəymə, bronxit, boğaz iltihabı, hətta nevralgiya yarana bilər. Kondisionerdən birbaşa bədənə soyuq hava üfürməsi baş ağrısı, halsızlıq və əzələ ağrılarına səbəb ola bilər. Kondisionerdən düzgün istifadə qaydaları:

Küçə ilə otaq arasındakı temperatur fərqi 6-8°C-dən çox olmamalıdır. Məsələn, çöldə +32°C olarsa, otaqda +24-26°C rahat sayılır. Hava axınını birbaşa insana yönəltməyin. Kondisioneri elə yerləşdirin və ya pərlərini elə tənzimləyin ki, hava otaqda dövriyyə etsin, amma birbaşa üzə və ya bədənə vurmasın. Filtrləri mütəmadi olaraq təmizləyin. Çirkli filtrdən gələn toz və bakteriyalar istilik qədər ziyanlı ola bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 799   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15.11.2026 271
.

Ürək kolleksiyası ilə rekord qırdı

İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb. Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri v

14.11.2026 315
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15.11.2026 308
.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

13.11.2026 405
.

İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı

"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81

15.11.2026 384
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 258
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13.11.2026 492
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15.11.2026 446
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 513
.