Tərdən saralmış geyimləri qartopu kimi AĞARDIR - BİR QAŞIQ BƏS EDİR
Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. Lakin zaman keçdikcə, xüsusilə qolaltı və yaxa bölgələrində əmələ gələn tər ləkələri geyimlərin saralmasına və solğun görünməsinə səbəb olur.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu isə həm estetik cəhətdən narahatlıq yarada bilər, həm də geyimlərin ömrünü qısalda bilər. Xoşbəxtlikdən, bahalı yuyucu vasitələrə və kimyəvi maddələrə müraciət etmədən, evdə olan sadə məhsullarla geyimlərə yenidən qar kimi ağlıq bəxş etmək mümkündür.
Əksər insanlar paltaryuyan maşında yuma zamanı yalnız yuyucu vasitənin kifayət etdiyini düşünsə də, bəzi kiçik toxunuşlar böyük fərqlər yarada bilər. Budur, sadəcə 1 qaşıq əlavə etməklə tər ləkələrini yox edən və paltarları ilk günkü kimi ağ göstərən təbii üsul!
Təbii və effektiv təmizlik yolu: Karbonat
Paltaryuyan maşının yuyucu gözüna 1 yemək qaşığı karbonat əlavə etmək, tər ləkələrini təmizləməkdə son dərəcə təsirli üsuldur.
Karbonatın təbii təmizləyici xüsusiyyəti sayəsində parçada yaranan saralmaları aradan qaldırır, eyni zamanda geyimlərin toxumasına da zərər vermir. Həmçinin, pis qoxuları neytrallaşdıraraq paltarların daha təravətli qoxmasına kömək edir. Bu üsul, xüsusilə ağ köynək və futbolkalardakı inadkar saralmalar üçün çox uyğundur.
Effekti gücləndirmək üçün sirkeylə kombinasiya
Karbonatın təsirini artırmaq istəyənlər üçün sirkə də mükəmməl bir tamamlayıcıdır. Yuma öncəsi paltarları bir leğən içində karbonat və sirkə qarışığında 15-20 dəqiqə saxlamaq, ləkələrin yumşalmasına imkan verir. Sonra paltarları maşına atmaq və yuyucu gözüna sadəcə 1 qaşıq karbonat əlavə etmək kifayətdir.
Karbonat və sirkə birlikdə təbii ağardıcı kimi fəaliyyət göstərərək, parçalara zərər vermədən təmizlik təmin edir. Əgər saralmış bölgələr çox qabarıqdırsa, karbonatı birbaşa ləkənin üstünə səpib yüngülcə ovuşdura bilərsiniz. Beləliklə, lokal təmizlik təmin edilir və maşına atmadan öncə ləkənin yumşalmasına kömək olunur. Bu üsul, xüsusilə çoxdan saralmış köynəklər üçün çox faydalıdır.
Açıq rəngli parçalarda da təhlükəsizdir
Sadəcə ağ paltarlar üçün deyil, açıq rəngli parçalar üçün də rahatlıqla istifadə oluna bilən bu karbonat üsulu, ətraf mühitə dost olması ilə də seçilir. Kimyəvi tərkibə malik olmayan bu üsul sayəsində həm təbiətə zərər verməmiş olursunuz, həm də həssas dəriyə sahib insanlar üçün təhlükəsiz təmizlik təmin edirsiniz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1022 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 271 Ürək kolleksiyası ilə rekord qırdı
İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb. Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri v
14.11.2026 315 Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15.11.2026 308 Dünyanın ən qəribə qadağaları açıqlandı
Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql
13.11.2026 405 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 384 Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər
İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy
14.11.2026 258 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 492 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 446 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 513