Niyə süni intellektə insanlardan çox güvənirlər? - ARAŞDIRMA
Süni intellekt romantik məsələlərdə getdikcə daha çox məsləhətçi rolunu oynayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, keçirilmiş sorğuya əsasən, respondentlərin 57 faizi sevgiylə bağlı məsləhət almaq üçün dost və ailə üzvləri yerinə süni intellektə müraciət edir.
İnsanlar bu seçimi əsasən qınaq qorxusuna görə və yaxınlarına qarşı emosional açıq olmaqdan çəkinərək edirlər. Süni intellektin daha obyektiv və məntiqi yanaşacağına inam da bu meyli gücləndirir. Bu tendensiya xüsusilə kişilər arasında daha geniş yayılıb. Sorğunun nəticələrinə görə, kişilərin 58 faizi, qadınların isə 42 faizi süni intellektdən romantik məsələlərdə istifadə edir.
Kişilərin bu texnologiyaya daha çox müraciət etməsi, onların emosiyalarını ifadə etməkdə çətinlik çəkməsi və anonim qalmaq istəyi ilə əlaqələndirilir. Respondentlərin 51 faizi ilk mesajı yazmaq, 45 faizi qarşı tərəfin mesajlarına cavab yaratmaq, 38 faizi isə mübahisəli situasiyaları təhlil etmək üçün süni intellektdən istifadə edir. Bundan əlavə, 62 faiz istifadəçi tanışlıq profillərini, 42 faiz isə şəkillərini süni intellektin köməyi ilə təkmilləşdirib. Bu isə onların onlayn obrazlarının gerçəkliyini şübhə altına alır.
Süni intellekt yalnız tanışlıq mərhələsində deyil, ayrılıq prosesində də istifadə olunur. Respondentlərin 27 faizi ayrılığa hazırlaşmaq, 43 faizi isə vidalaşma və üzr istəmə mesajı hazırlamaq üçün süni intellektdən faydalanıb.
İştirakçıların 50 faizi romantik ünsiyyətdə və özünə inamda müsbət dəyişikliklər hiss etdiyini bildirib, 35 faizi isə tanışlıq tətbiqlərində daha çox uyğunluq qazandığını qeyd edib. Bununla yanaşı, 13 faiz iştirakçı süni intellektin istifadəsinin münasibətləri süni və emosional baxımdan uzaqlaşdırdığını düşünür.
Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt faydalı bir vasitə olsa da, o, gerçək insan münasibətlərini əvəz edə bilməz.
Virginia Texnologiya İnstitutunun professoru Yevgeniya Ro bildirir ki, süni intellektlə ünsiyyət artdıqca, insanlar emosional baxımdan qeyri-sabit, lakin səmimi münasibətlər əvəzinə, cilalanmış və təkrarlanan cavablar təqdim edən sistemlərə üstünlük verə bilər. Nəticə olaraq, süni intellekt romantik münasibətlərdə bir alət rolunu oynaya bilər, amma onu gerçək duyğular və emosional bağlarla əvəz etmək olmaz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 584 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜtünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma
21.06.2026 395 İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib
27.06.2026 198 Yuxudan oyananda bunu etsəniz xeyrini görəcəksiniz
Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həm gənclik
28.06.2026 320 Xoşbəxt sevginin sirri tapıldı
Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar
28.06.2026 268 Qarpızın min dərdə dərman faydaları
Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı
27.06.2026 209 Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA
İllərdir təmizlik dedikdə ağlımıza ilk gələn şeylərdən biri xoş qoxudur. Evə daxil olan kimi hiss edilən lavanda, limon, vanil və ya okean mehini xatırladan ətirlər insanlarda təmizlik təəssüratı yaradır. Elə buna görə də milyonlarla insan hər gün otaq spreylərindən, avtomatik hava təravətləndiricilərindən
21.06.2026 228 Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı
Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra
28.06.2026 224 Bu makiyaj səhvləri üzü daha yaşlı göstərir - Nələri dəyişmək lazımdır?
Kiçik makiyaj səhvləri zahiri görünüşü nəzərə çarpmadan dəyişə və insanı olduğundan daha yaşlı göstərə bilər. Hətta keyfiyyətli kosmetik vasitələrdən istifadə belə köhnəlmiş makiyaj üsulları tətbiq edildikdə istənilən nəticəni verməyə bilər. Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas proble
30.06.2026 154 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
23.06.2026 887