Gənclərin 3 yanlış vərdişi bu xəstəliyə səbəb olur - DİQQƏT!
Adətən 50 yaşdan sonra müşahidə olunan beyin qanaması (insult) son illərdə gənclərdə daha çox müşahidə olunur.
Ölkə.Az xəbər verir ki, bunu türkiyəli beyin və neyrocərrahiyyə üzrə dosent Dr. Ali İhsan Ökten deyib. O bildirib ki, bu daha çox arteriovenoz malformasiyalar və anevrizmalardan qaynaqlanır:
"Anevrizma, yəni qan damarlarının divarında yaranan patoloji genişlənmələrdən qaynaqlanan beyin qanamalarına hər 100 min nəfərdən 10-15-də rast gəlinir. Gənclər arasında bu nisbət get-gedə artır".
Mütəxəssisin sözlərinə görə, sürətli yaşayış tərzi, stress və pis qidalanma vərdişləri bu vəziyyəti tətikləyir:
"Gənclərin qidalanma vərdişlərinin dəyişməsi, geni dəyişdirilmiş qidaların qəbulu, ətraf mühit faktorları, iqlim dəyişikliyi səbəbindən qan təzyiqində ciddi artım müşahidə olunur. Yüksək qan təzyiqi gənclərdə əvvəlkindən daha çox müşahidə olunur. Bu zaman keçdikcə damarları zəiflədir. Dolayısı ilə insulta daha çox rast gəlinir".
Ali İhsan Ökten beyin qanaması əlamətlərini və atılacaq addımları da açıqlayıb:
"Əvvəlcə çox şiddətli başağrısı, sonra ürəkbulanma, qusma, şüurda dəyişikliklər baş verir. Şüurdakı dəyişikliklər yüngül qarışıqlıqdan ağır komaya qədər dəyişə bilər. Bədənin bir tərəfində iflic və gözlərin qıyılması baş verə bilər. Həmin vaxt insan epileptik tutma keçirə bilər. Bunların hamısını bir anda və ya bir neçəsini yaşaya bilərik.
Bunun qarşısını almaq üçün xüsusilə gənclərə stresli mühitlərdən uzaq durmağı tövsiyə edirəm. Piylənmə günümüzün ciddi problemidir. Piylənmə ilə əlaqəli hipertoniya dərəcəsi çox yüksəkdir. Piylənmədən əziyyət çəkən insanlar mütləq müalicəyə ən qısa zamanda başlamalıdırlar. Əgər onlar yüksək qan təzyiqi ilə qarşılaşırlarsa, tez-tez həkimə müraciət etməyi məsləhət görürəm. Mümkün qədər geni dəyişdirilmiş qidalardan uzaq durmaq və daha sağlam qidalanmaq çox vacibdir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 227 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 274 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 450 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 233 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2420 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 392 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 414 Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11.09.2026 383 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 299