Bu ölkə bir neçə ilə tamamilə yox olacaq - Dünya xəritəsi DƏYİŞƏCƏK
Sakit okeandakı kiçik ada dövləti Tuvalu ciddi iqlim fəlakəti ilə üzləşdiyi üçün dünyanın xəritəsini həmişəlik dəyişdirə bilər. Ölkə əhalisi həyatlarını, mədəniyyətlərini və milli kimliklərini qorumaq üçün kütləvi köçməyə hazırlaşır.
Hazırda təxminən 11 min insanın yaşadığı Tuvalu, rəsmi olaraq planetin ən kiçik ölkələrindən biridir. Müasir şəraitdə okean səviyyəsinin kəskin yüksəlməsi onların ərazisinin mövcudluğunu təhdid etdiyindən, Tuvalu eyni zamanda dünyanın ən həssas ölkələrindən biri hesab olunur.
Tuvalu cəmi doqquz mərcan atolundan ibarətdir və ümumi sahəsi təxminən 26 kvadrat kilometrdir. Eyni zamanda, ölkənin əsas adası Funafuti dəniz səviyyəsindən cəmi 50 santimetr hündürlükdə yerləşir. Bu isə o deməkdir ki, hətta orta güclü fırtınalar və ya yüksək qabarma belə genişmiqyaslı su basmalarına səbəb ola bilər.
Proqnozlar ürəkaçan deyil
Alimlər həyəcan təbili çalır: son 30 il ərzində Tuvalu ətrafında suyun səviyyəsi sürətlə qalxır. Bu müddət ərzində o, 15 santimetr yüksəlib ki, bu da dünya üzrə orta göstəricidən 1,5 dəfə daha sürətlidir.
Tədqiqatçıların proqnozlarına görə, artıq 2050-ci ilə qədər adanın üzərini su basacaq. Həmin vaxta qədər paytaxtın yarıdan çoxu sular altında qala bilər.
Əsrin sonuna qədər isə alimlərin hesablamalarına əsasən, Tuvalunun hazırda əhatə etdiyi ərazinin 95%-ə qədərinin okean səviyyəsinin sürətlə qalxması nəticəsində tamamilə su altında qalma ehtimalı var.
Misilsiz köçürülməyə hazırlıq
Alimlərin xəbərdarlığını aldıqdan sonra Tuvalu hakimiyyəti ölkə əhalisinin planlı şəkildə köçürülməsi üzrə genişmiqyaslı əməliyyata başlayıb. 2023-cü ildə hökumət Avstraliya ilə yenilikçi Faleipili İttifaqı Müqaviləsini imzalayıb. Bu sənədə əsasən, hər il 280 Tuvalu vətəndaşı materikdə daimi yaşayış icazəsi ala bilər.
Yaxınlaşan fəlakətdən narahat olan vətəndaşlar artıq 2025-ci ilin iyul ayına qədər 8700-dən çox müraciət təqdim ediblər ki, bu da ölkə əhalisinin 82%-nə bərabərdir.
Qeyd olunur ki, bu insanlar Avstraliya vətəndaşları kimi işləmək, təhsil almaq və tibbi yardım əldə etmək hüququna sahib olacaqlar. Əgər bu tendensiya davam edərsə, artıq dörd ildən sonra Tuvalunun bütün əhalisi ölkəni tərk etməyə məcbur olacaq.
Xarici KİV-in yazdığına görə, bu, dünya tarixində bütün bir millətin iqlim dəyişikliyi səbəbindən öz ərazisini tərk etməyə məcbur qalacağı ilk hal olacaq. /lent.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 752 Tarix: 17 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 271 Ürək kolleksiyası ilə rekord qırdı
İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb. Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri v
14.11.2026 315 Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15.11.2026 308 Dünyanın ən qəribə qadağaları açıqlandı
Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql
13.11.2026 405 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 384 Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər
İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy
14.11.2026 258 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 492 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 446 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 513