Mütəxəssislər hər gün artıq yeməyin qarşısını almaq üçün sadə üsullar təqdim edirlər
Düzgün qidalanma vərdişləri və bir neçə sadə texnika artıq yeməyin qarşısını almağa, sağlam çəkini qorumağa və xroniki xəstəliklərin yaranma riskini azaltmağa kömək edə bilər.
BiG.AZ xəbər verir ki, "Live Strong" saytının yazdığına görə, bu üsulları gündəlik həyatınıza daxil etmək faydalı olar.
Yemək zamanı telefondan istifadə etməyin
Əgər diqqətiniz sosial şəbəkədə paylaşım və ya mesajlara yönəlirsə, beyniniz toxluq hissini daha zəif hiss edir. Nəticədə, ehtiyacınızdan artıq yeyə bilərsiniz.
Yeməyi diqqətlə çeynəməmək və dadını çıxarmamaq porsiyadan alınan məmnunluğu azaldır, bu zaman beyin toxluq hissinə "çatmaq" üçün daha çox yemək tələb edə bilər.
Həmçinin, sosial şəbəkələrdəki parlaq yemək şəkilləri və reklamlar artıq yemisinizsə belə iştahanızı artıra bilər.
Əgər yemək zamanı nə qədər yediyinizi xatırlamırsınızsa, növbəti dəfə daha çox yemək ehtimalınız artır.
Bundan əlavə, bədən telefon ekranına baxmağı yeməklə əlaqələndirməyə başlaya bilər və siz ac olmadığınız halda sadəcə darıxdığınız üçün qəlyanaltı etməyə meylli ola bilərsiniz.
2021-ci ilin fevralında American Journal of Clinical Nutrition jurnalında yayımlanan bir araşdırmada, cihazlardan istifadənin toxluq hissinə necə təsir etdiyi yoxlanılıb. Araşdırmada 44 iştirakçı iki qrupa bölünüb. Bir qrup nahar zamanı telefonda oyun oynamağa icazə alıb.
Hər iki qrup naharda doqquz növ duzlu yemək yeyib və onlardan toxluq hissini qiymətləndirmələri və dərhal sonra nə yediklərini xatırlamaları istənib. 30 dəqiqə sonra isə peçenye dadına baxmaq üçün test edilib.
Nəticədə məlum olub ki, diqqətsiz olan qrup nahardan sonra özlərini daha az tox hiss edib və peçenyelərdən daha çox yeyib. Onlar naharda hansı yeməkləri yediklərini də daha az dəqiqliklə xatırlayıblar.
Fasilələr verin
Növbəti dəfə süfrə arxasına keçəndə özünüzə bir çağırış edin, hər tikə arasında fasilə verin və çəngəli yerə qoyun. Sakit və yavaş yemək qida miqdarının azalmasına səbəb ola bilər.
Yeməyi daha yavaş yemək toxluq hormonlarına təsir göstərərək daha tez doyma hissi yarada bilər. Bu, həm də ağızla qidanın təması müddətinin və intensivliyinin artması ilə bağlıdır. Sürətli yemək zamanı bu təmas müddəti qısa olur və nəticədə daha çox yeyilir.
Yeməkdən əvvəl su için
Bədən üçün kifayət qədər su vacibdir və bu, çəkiyə nəzarətdə də rol oynaya bilər.
Əsas yeməklərdən 30 dəqiqə əvvəl təxminən iki stəkan su içmək 12 həftə ərzində orta səviyyədə çəki itkisinə səbəb ola bilər.
Əgər adi su içməkdə çətinlik çəkirsinizsə, dadını artırmaq üçün içinə təzə meyvə, dilimlənmiş xiyar və ya ədviyyat əlavə edə bilərsiniz. Bu, nə şəkər, nə də kalori artırmadan dadı dəyişəcək.
Artıq yeməyə səbəb olan digər səhvlər:
Yemək böyük boşqabda təqdim olunduqda daha çox yeyirsiniz
Kiçik qaşıqla yemək yemək tempini yavaşladır
Yeməklə qab arasında rəng fərqini azaldın (məsələn, karnabahar, kartof püresi və ya sıyığı ağ boşqabda təqdim edin) rəng kontrastı nə qədər çox olsa, bir o qədər çox yeyəcəksiniz
Aşağı və enli stəkandan deyil, hündür və dar stəkandan istifadə edin.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1078 Tarix: 20 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 777 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?
Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır. Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər veri
15.11.2026 442 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046