Manqo şəkər xəstələri üçün zərərli deyilmiş - Yeni araşdırma ümid verir

Manqo şəkər xəstələri üçün zərərli deyilmiş - Yeni araşdırma ümid verirİllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən manqo ilə bağlı yeni elmi araşdırmalar fərqli nəticələr ortaya qoyub. Hindistanda aparılan klinik tədqiqatlara əsasən, ölçülü və düzgün formada istehlak edildikdə manqo şəkər xəstələri üçün zərərli deyil, əksinə müəyyən faydalar verə bilər.

Milli.Az xəbər verir ki, iki ayrı klinik sınaq zamanı manqo istehlakı ilə çörək kimi karbohidratlar arasında müqayisə aparılıb. Nəticələr göstərib ki, çörək əvəzinə manqo yeyən diabet xəstələrinin qan şəkəri səviyyələri daha sabit və idarəolunan olub.

Üç gün davam edən qlükoza monitorinqi zamanı da bu nəticələr təsdiq edilib. Manqo yeyən şəxslərdə yeməkdən sonrakı qan şəkəri çörək yeyənlərlə müqayisədə daha az dalğalanıb.

Ağ çörəklə müqayisədə daha aşağı glisemik reaksiya

European Journal of Clinical Nutrition jurnalında dərc olunacaq araşdırmada Hindistana məxsus məşhur manqo sortlarının ağ çörəyə nisbətən daha aşağı glisemik təsirə malik olduğu ortaya çıxıb. Bu isə o deməkdir ki, manqodakı karbohidratlar qana daha yavaş qarışır, şəkər səviyyəsini birdən-birə qaldırmır.

Başqa bir səkkiz həftəlik tədqiqatda isə 35 nəfər tip 2 diabetli şəxsin səhər yeməyində çörək əvəzinə 250 qram manqo istehlak etdiyi müşahidə olunub. Bu müddət ərzində iştirakçıların qan şəkəri, insulin müqaviməti, bədən çəkisi, bel ətrafı və xolesterin səviyyələrində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb.

Tədqiqatın rəhbəri, professor Anoop Misra bu nəticələri belə şərh edib:

"Biz ilk dəfə sübut etdik ki, səhər çörəyinin az miqdarda manqo ilə əvəz olunması diabet xəstələri üçün faydalı ola bilər. Amma bu o demək deyil ki, manqonu istədiyiniz qədər yeyə bilərsiniz. Porsiya nəzarəti vacibdir."

Manqo necə və nə qədər yeyilməlidir?

Mütəxəssislər manqonun əlavə qida deyil, karbohidrat əvəzedicisi kimi qəbul edilməsini tövsiyə edirlər. Araşdırmalara görə, 250 qram manqo təxminən 180 kalori təşkil edir və bu miqdar gündəlik rasionda nəzərə alınmalıdır.

Mumbaydan olan diabetoloq Dr. Rahul Baxi isə bildirir ki, qan şəkəri nəzarətdə olan şəxslər gündə yarım porsiya manqo yeyə bilərlər. O, manqonun desert kimi deyil, zülal və liflə birlikdə - məsələn, qatıq, kəsmik, qoz-fındıq və toxumlarla birlikdə qəbul edilməsini məsləhət görür.

Qeyd edək ki, bu tədqiqatlarda 1-ci tip diabet xəstələri iştirak etməyib. Həkimlər bu qrupa aid şəxslərin karbohidrat hesablaması və insulin dozasını fərdi şəkildə tənzimləməli olduğunu vurğulayırlar.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 671   Tarix: 23 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 227
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 274
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 450
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 233
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2420
.

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi

Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri

11.09.2026 392
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 414
.

Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?

Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər

11.09.2026 383
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 299
.