"Andromeda" yelkənli gəmisi və dörd dalğıc: "Şimal axını"nın partladılması ilə bağlı TƏFƏRRÜAT
"Şimal axını"nın hər iki qaz kəməri ən azı dörd partlayıcı qurğu ilə sıradan çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə SVT əldə etdiyi sənədlərə əsasən xəbər yayıb.
Alman istintaqçılarının versiyasına görə, bu qurğular taymerlərlə təchiz edilərək "Andromeda" adlı yelkənli gəmi vasitəsilə Baltik dənizinə çatdırılıb.
Xatırladaq ki, bu yaxınlarda İtaliya kurortunda partlayışlarda şübhəli bilinən 49 yaşlı kişi saxlanılıb. Alman tərəfinin məlumatına görə, o, Ukrayna vətəndaşıdır, Ukrayna və rus dillərini bilir.
Sənədlərə əsasən, "Andromeda" gəmisinin göyərtəsində altı nəfərdən ibarət komanda olub ki, onlardan dördü dalğıc imiş. Gecə vaxtı onlar 70-80 metr dərinlikdə hər biri 14-27 kq ağırlığında olan azı dörd partlayıcı qurğu yerləşdiriblər. Partlayış üçün oktogen və heksogen kimi güclü partlayıcı maddələrdən istifadə edilib.
Bu yaxınlarda İtaliya kurortunda partlayışlarda şübhəli bilinərək saxlanılan şəxs isə əməliyyatda koordinasiya və planlaşdırma rolu oynayıb. Yelkənli gəmi 2022-ci ilin sentyabr ayının əvvəlində Almaniyanın Rügen adasından icarəyə götürülüb və yalnız bir neçə həftə sonra geri qaytarılıb. Şahidlər, həmçinin bildiriblər ki, gəmi yanacaq doldurmaq üçün İsveçin Sandhamn limanına da daxil olub.
İlkin olaraq partlayışları bir neçə ölkə, o cümlədən sualtı robotlardan istifadə edərək dəlil toplayan İsveç araşdırıb. Lakin 2024-cü ilin fevralında İsveç prokurorluğu öz istintaqını dayandıraraq materialları Almaniyaya təhvil verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 751 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2 yaşlı qız binadan yıxılıb sağ qaldı
Nərimanov rayonunda iki yaşlı qız üçüncü mərtəbədən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində baş verib. 2024-cü il təvəllüdlü A.Rəhimli eyvandan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlının vəziyyəti ağırdır
13.07.2026 260 İranın Trampa qarşı sui-qəsd cəhdi təsadüfən baş tutmayıb - İDDİA
Donald Trampın İran hücumunun hədəfi olması planlaşdırılıb, lakin planlar uğursuz olub. Məlumatlara görə, İran ABŞ prezidenti Donald Trampı Türkiyəyə son səfəri zamanı öldürməyi planlaşdırıb. bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Mənbələrə görə, xarici kəşfiyya
13.07.2026 156 20 min tamştatlı müəllim yeri ayrılacaq: Təhsil sistemində nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sistemi növbəti mərhələyə keçir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, islahatlar çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq və bu statusu qazanan müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar
13.07.2026 244 "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri
13.07.2026 207 Moskva üzərinə dronlar buraxan gizli batalyon
"Kairos" döyüşçüləri müharibəni Rusiya üçün çox baha başa gətirmək niyyətində olduqlarını bildiriblər. Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirən 414-cü xüsusi briqadanın "Madyar quşları" "Kairos" batalyonu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz sistemlər qüvvələrind
13.07.2026 191 Pensiyalar sabah ödəniləcək
İyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri
13.07.2026 255 İsrailin qərarı niyə dəyişdi? Azərbaycanın rolu diqqət mərkəzində
İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub. Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrin "ermən
13.07.2026 310 İmtahanda telefon qalmaqalları: Gəncləri bu addıma nə vadar edir?
"İmtahan qaydalarının getdikcə sərtləşdiyi, hər bir iştirakçının ciddi nəzarətdən keçirildiyi bir dövrdə bəzi abituriyentlərin hələ də telefon və ya digər qadağan olunmuş vasitələrlə imtahana daxil olmağa cəhd etməsi ilk baxışdan anlaşılmaz görünür. Axı hər bir iştirakçı bilir ki, üzərində telefo
13.07.2026 229 "İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV
"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətd
13.07.2026 213