Narendra Modi: Hindistanın əvvəlki hökumətləri texnologiya və sənaye fürsətlərini əldən buraxıb
Hindistan 2014-cü ildən bəri heç bir fürsəti qaçırmamağı seçdi.
"Report" "Times of İndia"ya istinadən xəbər verir ki, bunu "The Economic Times World Leaders" Forumunda çıxış edən Hindistanın Baş naziri Narendra Modi deyib.
N.Modi özündən əvvəlki hökuməti tənqid edərək onların bir çox fürsəti qaçırdığını bildirib:
"Gündəlik söhbətlərimizdə biz tez-tez bir ifadə işlədirik: "avtobusu qaçırmaq", yəni fürsət gəlir, amma bizi keçib gedir. Ölkəmizdə əvvəlki hökumətlər dövründə texnologiya və sənaye imkanları belə əldən çıxdı. Mən bu gün buraya kimisə tənqid etmək üçün gəlməmişəm. Lakin demokratiyada bəzən müqayisələr aparmaq vəziyyəti daha aydın edir", - deyə baş nazir qeyd edib.
N.Modi vurğulayıb ki, əvvəlki hökumətlər milləti seçki bazası siyasətinə bağlı saxlayıb:
"Onların düşüncəsi seçkilərdən kənara çıxmırdı. Onlar inanırdılar ki, qabaqcıl texnologiya yaratmaq inkişaf etmiş ölkələrin işidir. Nə vaxt lazım olsa, biz sadəcə onu onlardan idxal edəcəyik. Məhz bu səbəbdən ölkəmiz illər boyu başqalarından geri qaldı".
"Buna görə də 2014-cü ildən sonra Hindistan yanaşmasını dəyişdi. Hindistan qərara aldı ki, biz heç bir fürsəti qaçırmayacağıq. Əksinə, biz sürücü yerində oturacağıq və irəliləyəcəyik", - deyə o əlavə edib.
Baş nazir öz dövründə iqtisadi artımın nəzərəçarpacaq dərəcədə bərpa olunduğunu bildirib. O, gücləndirilmiş bank sistemlərini, aşağı inflyasiyanı, azaldılmış faiz dərəcələrini Hindistanın iqtisadi dayanıqlılığının əlamətləri adlandırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 735 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu kurort payızın ən məşhur istirahət məkanına çevrilib
Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi
09.10.2026 1 Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c
09.10.2026 91 Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda
Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr
09.10.2026 1 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
09.10.2026 168 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
09.10.2026 144 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
09.10.2026 152 İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL
"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür
09.10.2026 171 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
09.10.2026 236 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
09.10.2026 172