Finlandiya Prezidenti: Putin böyük geosiyasi səhvi etdi və Avropa birləşdi

Finlandiya Prezidenti: Putin böyük geosiyasi səhvi etdi və Avropa birləşdiFinlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın Ukraynaya hücumunun birbaşa nəticəsidir.

"Report" xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli "Ykkösaamu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Avropanı xarici siyasət sferasında, Rusiya lideri Vladimir Putin isə daha çox təhlükəsizlik siyasəti sferasında "oyadıb".

"Ancaq NATO-nun müdafiə xərclərinə nəzər salsaq, Avropa Putinə görə ən pisinə hazırlaşır. Lakin, eyni zamanda, diplomatik dillə danışmaqla Tramp Avropaya müdafiə xərclərini artırmaq üçün kifayət qədər yaxşı təzyiq göstərdi", - siyasətçi bildirib.

Stubbun fikrincə, Putin Ukraynada müharibəyə başlamaqla müasir tarixdə ən böyük geosiyasi səhvə yol verib.

"Putin qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmadı. Putin Avropanı birləşdirdi, Finlandiya və İsveçin hesabına NATO-nu genişləndirdi və faktiki olaraq, NATO-nun müdafiə xərclərini 2 faizdən 5 faizə qaldırdı", - o vurğulayıb.

Finlandiya Prezidenti hesab edir ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Rusiyanın böyük dövlət kimi qəbul olunmayacağından qorxur.

Stubb qeyd edib ki, Alyaskadakı görüş Avropa liderlərinin ümid etdiyi kimi keçməyib, lakin ondan sonra vəziyyəti təhlükəsizlik təminatlarının müzakirəsinə keçirmək mümkün olub.

"ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff ilə Putin arasında təxminən iki həftə əvvəl keçirilən görüşdə geri addım atıldı, sonra Avropa ilə Tramp arasında danışıqlarda irəliyə doğru addım atıldı, Alyaskada geriyə addım atıldı, bazar ertəsi Vaşinqtonda yenidən irəliyə doğru addım atıldı və indi biz yaxın həftələrdə də bu impulsu qorumağa çalışacağıq", - siyasətçi qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

09.10.2026 1
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

09.10.2026 91
.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

09.10.2026 1
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

09.10.2026 168
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

09.10.2026 144
.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

09.10.2026 152
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

09.10.2026 171
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

09.10.2026 236
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

09.10.2026 172
.