"Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!" - 518 balla kəsilən Yeganə
Üç gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.
"Qafqazinfo" onlardan biri olan, 518 balla imtahandan kəsilən Yeganə İsgəndərova ilə həmsöhbət olub.
Yeganə saytımıza açıqlamasında bildirib ki, o, üçüncü qrupa hazırlaşıb və imtahan nəticələri heç də gözlədiyi kimi olmayıb: "İxtisas seçimində yalnız öz istədiyim ixtisasları yazmışdım. İstədiyim ixtisasların balları birdən-birə 60-70 bal artdı deyə mən limitin altında qaldım. Əsas hədəfim Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisası idi. Mən ixtisas seçimi edəndə bu ixtisasın balı 470-480 bal aralığında idi, bu il isə 550-ni keçib. Ümumiyyətlə, bu il üçüncü qrup üzrə imtahan verənlər çox olduğuna görə, "Fəlsəfə" kimi balı aşağı olan ixtisaslarda belə bal 240-dan 380-ə qədər artıb. Görülmüş şey deyil ki, bir ixtisasda 140 bal artım olsun".
Y.İsgəndərova qeyd edib ki, ixtisas kodlaşdırmasında hədəflədiyindən kənar heç bir yer yazmayıb: "Mən ancaq 10 ixtisas seçimi etmişdim, hamısını da alman dili üzrə tərcümə və ya filologiyasını yazmışdım. B2 səviyyəsində alman dili bilirəm. Heç bir halda növbəti il üçün Azərbaycan universitetlərinə hazırlaşmayacağam, nə də bal dondurub yenidən imtahan verəcəyəm. Yanvarda C1 səviyyəsi üzrə alman dilinin sertifkatını alıb, Almaniya məktəbində 12-ci ili oxuyub, daha sonra universitet imtahanı verməyi planlaşdırıram. Hüquqşünaslıq ixtisasını Almaniyada oxuyacağam".
O, üçüncü ixtisas qrupu üzrə balların çox artmasından narazı qalıb: "Nəinki 518, hətta 600 balı keçənlər arasında da kəsilənlər var. Mənim dostlarımın içində də məndən çox bal toplayıb kəsilənlər oldu. Hansı ki, I və II qrup üzrə imtahan verən tanışlarım var ki, onlar 190 balla universitetə qəbul oldular. Mən də istəsəydim, qəbul olardım. Çünki ixtisas seçimində mütəxəssisə müraciət etmişdik. O, ilk üç yerə mənim istədiyim ixtisasları yazdı, daha sonrakı yerlər istəmədiklərim idi. Yəni mən mütəxəssisin kodlaşdırdığı ixtisaslardan birinə düşüb mütləq tələbə adını qazanacaqdım. Amma mən o ixtisasları istəmirdim. Niyə məhz tələbə adı qazanmaq üçün 4 il istəmədiyim universitet və ixtisasda oxuyum ki?!
Tələbə adı qazanmaq o qədər də böyük şey deyil, əsas hədəfə çatmaqdır. Mən istədiyim balı topladım, amma hədəfim olan ixtisasa düşmədimsə, bu mənim günahım deyil. İkinci imtahanda da iştirak edəcəyəm, amma sadəcə ad olsun deyə... Qəbul olsam belə, imtina verəcəyəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1517 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin
17:42 150 Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır
"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş
14:12 177 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
14:44 216 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
17:01 152 Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c
18:30 91 Sabah leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə
16:13 184 Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd
16:23 186 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 176 Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini
16:12 141