"Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb"

"Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb""Məcburi köçkünlərə gəlincə, Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə "Böyük Qayıdış" Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"Lakin iki əsas maneə var. Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.

İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsini məhz infrastrukturun qurulmasına sərf etdik. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başladıq. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq.

Hazırda isə vəsaitlərimizi daha çox yaşayış layihələrinə yönəldirik. Artıq gözlə görünür ki, tamamilə heç nə olmayan yerlərdə binalar ucalır. Planımız bütün keçmiş məcburi köçkünlər üçün normal yaşayış şəraiti və iş yerləri təmin etməkdir. Bu proses artıq başlayıb. Dediyim kimi, 50 mindən çox insan artıq öz ata-baba yurdlarında yaşayır", - dövlət başçısı qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 27 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

17:42 150
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 177
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak

14:44 216
.

Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər

"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması

17:01 152
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

18:30 91
.

Sabah leysan yağacaq

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə

16:13 184
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 186
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 176
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

16:12 141
.